Biz nə edirik?
Elə bir dünyada yaşayırıq ki, xəbər çoxdur, amma əsl məğzi anlayan azdır. Hamı xəbərlərdən yorulub, oxumaqdan qaçmaq istəyir və mediaya inam getdikcə azalır.
məhz bu problemin həllidir. Biz Azərbaycan Futbolunda nəyin həqiqətən vacib olduğunu və məsələlərə necə yanaşmaq lazım olduğunu göstəririk. Sizi panikaya salan, qorxudan başlıqlarla yormuruq. Xəbəri “ilk biz verək” deyə bir dərdimiz yoxdur; əsas məqsədimiz sizə faydalı olmaqdır.
Gördüyümüz hər işin mərkəzində siz dayanırsınız. Biz vəzifəlilərə deyil, sadəcə sizə — izləyicilərimizə xidmət edirik. İstəyirik ki,
-da nəsə oxuyandan sonra “hə, bu gün yeni bir şey öyrəndim” və ya “indi bu məsələni daha yaxşı başa düşdüm” deyəsiniz.
Yazılarımız və materiallarımız hər kəs üçün sadə və anlaşıqlı dildə hazırlanır — istər bu sahənin eksperti olun, istərsə də bu barədə ilk dəfə eşidin.
Nələri işıqlandırırıq?
Məqsədimiz Azərbaycan futbolunun səviyyəli, obyektiv, qərəzsiz təhlilidi! Burada Azərbaycan idman jurnalistikasının ən yaxşı təmsilçilərinin yazılarına geniş yer verilir. Sayma-seçmə, gündəm yaradan müəlliflərin qələmindən çıxanları paylaşırıq.
Həmçinin eksklüziv videosüjetlərimiz, özəl xəbərlərimiz var.
Şəhərimiz Gəncənin futboluna diqqətmiz xüsusidi…
SÖZÜMÜZÜN CANI A’DAN Z’YƏ AZƏRBAYCAN FUTBOLUDU!
AZFUTBOL REDAKSİYASI

