Bitməlidir. Başlamalıdır…

DÇ seçmə mərhələsi bitdi. Cəmi 1 xal.

O xal nə xaldı…

O xalı da qarşımıza qoyub fikirləşməliyik: dedi-qodu, çək-çevirlər bitməli və mütləq islahatlar başlamalıdır.

***

Santuşun göndərilməyi və yerli baş məşqçinin gətirilməyi cari tsiklin ən əhəmiyyətli məsələsidir. Çətin oldu, ancaq AFFA bunu bacardı.

Fikrimcə, baş katib Cahangir Fərəcullayevin məşhur, “sıfırdan başlamaq” ifadəsindəki sıfırdan başlamaq elə budur.

Artıq Ayxan Abbasovun bu milliyə bu imkanlarla ən uyğun mütəxəssis olduğu göründü. Resurslardan istifadə və tənqidə, ictimai fikrə tolerantlığıyla…

Amma sıfırdan başlamaqdan vacib məsələ milli komanda yox, UŞAQ FUTBOLU olmalıdır.

AFFA-ya xitab: ölkədə uşaq liqaları pis təşkil olunur. Uşaq futbolu inkişaf etmir. Bu iki problemin həlli üçün elə sabahdan hərəkətə keçmək gərəkdir.

Klubların ümidinə qalan bu sahə gələcək vəd etmir.

Başqa vacib məqam legioner limiti ilə bağlıdır. Assosiasiya faktiki formatın futbolumuzu uçuruma apardığının fərqinə varmasa, SOS da fayda verməyəcək.

“Yerli futbolçu əziyyət çəkib legionerlə rəqabətə girsin” fikrini yaxın buraxmaq olmaz. Legioner elə yerlidən üstün olduğu üçün legioner adlanır…

Bundan başqa, yerli futbolçu bazası formalaşmayıb, çünki bununçün heç bir maddi/texniki baza yoxdur.

İnkişaf Strategiyasının prioritetə çevrilməsi və əsas proqramın da məhz aşağı yaş qruplarına nəzarət olması vacibdir.

Cari “ağıllı müzakirələr/mülahizələr” kənara qoyulmalı, gələcəyə yönəlik addımlar təxirə salınmadan atılmalıdır.

Fikirlərini bizimlə bölüş!

E-poçt ünvanınız yayımlanmayacaq. * işarəli sahələr mütləqdir.