Erkin İbrahimovun görmək istədiyi “Kəpəz”

Erkin İbrahimovun görmək istədiyi “Kəpəz” — illüstrasiya

Ötən mövsüm “Kəpəz”in başında olmuş Adil Vəliyev və onun adamlarının yarıtmaz əməlləri sayəsində gəncəlilərin doğma komandası xeyli geri düşdü. Klub tarixinin ən bahalı büdcəsi ilə çempionatda yerini güclə qoruyan “sarı-göylər” ötən futbol ilində baş verənlərin acısını hələ bir müddət də yaşayacaq.

Adil Vəliyevin qohumu kimi kluba çaladığı menecer Erkin İbrahimov İdarə Heyətində yerini tutan kimi sərbəstlik və toxunulmazlıq aldı. Transfer məsələlərində əli-qolu açıldı. İbrahimovun “Kəpəz”ə təşrif buyurduğu birinci gündən əsas işi əvvəlki mövsümdən komandaya verdiyi iki futbolçusunu heyətdə saxlamaq və məvacibini artırmaq oldu. Onun kluba gəlişinə kimi ilinə 50 000 ABŞ dolları alan Mahammadu Banın maaşı 85 000-ə, Luis Paçununku isə 55 000-dən 80 000-ə qaldırıldı. Autsayder komandanın futbolçuları hansı qəhrəmanlığı etmişdilər ki, məvaciblərində birdən-birə 25 000 – 35 000 dollarlıq artım oldu? Bu azmış kimi müqavilə 1+1 şərtilə ilə bağlandı ki, növbəti mövsüm üçün anlaşma illik əlavə 5000 dollar qazandırmalıydı. Axı yaxşı maaş yaxşı menecer faizi – haqqı deməkdir! Amma hazırkı baş məşqçi işə yeni başlayan kimi “Kəpəz”i yolaverən Paçudan canını qurtardı. Amma bu, asan olmadı. Erkin bəy meneceri olduğu oyunçuya görə 2 aylıq maaşı qədər təzminat aldı.

Ümumiyyətlə, İbrahimov “Kəpəz”də göründüyü ilk vaxtlardan komandaya gələn bütün futbolçuların menecer payını özündə saxlayıb pul qazanmağa başladı. Həm oyunçudan aldı, həm də klubdan. Mövsümlərarası fasilədə “Avropada futbolçu axtarıram” deyib klubun hesabına səyahətə çıxdı. Köhnə qitənin bahalı ölkələrini, şəhərlərini, restoranlarını, pablarını bir-bir gəzdi. Yaxşıca tur atdı, kefini sürdü, qəlyan çəkdi, nə arzuladı içdi. Bir vaxtlar həsrətində olduğu bahalı obyektləri “Kəpəz”in büdcəsi hesabına gəzib dolandı. Sonrası da məlumdu. Gətirdiyi qat-qat aşağı səviyyəli futbolçular komandaya kömək edə bilmədilər və klubdan bir-bir göndərildilər. Onda da Erkin bəy qazancsız qalmadı. Klubdan təzminat alan futbolçuların meneceri kimi cibinə pul qatladı.

İndi “Kəpəz” Erkin İbrahimovun görmək istədiyi vəziyyətdədir. Büdcəsinə qənaət edilməyən klub nəinki orta, aşağı qiymətə olan futbolçuları da ala bilmir. Pulun altından girib üstündən çıxan İbrahimov büdcəni yaxşıca boşaldıb. Komanda 3-4 min dollarlıq oyunçuları çətinliklə heyətə götürə bilir. Büdcəsi talanan “Kəpəz” fərsiz rəssamın (oxu menecerin) yağlı boya ilə qarışıq çəkilmiş, tamamlanmamış “sənət” əsəri kimi görünür. Bax, söy!

Erkin İbrahimovun görmək istədiyi “Kəpəz” — illüstrasiya

Yazılarımız maraqlı gəlir?

Abunə ol, e-mailinə həftənin ən maraqlı yazılarını seçib göndərək.

← Back

Your message has been sent

Fikirlərini bizimlə bölüş!