Fərman Əlizadənin uğursuz menecerliyi

1 minute
Fərman Əlizadənin uğursuz menecerliyi — illüstrasiya

Ötən futbol ilində “Kəpəz”də elə hadisələr baş verib ki, nəql edib yazmağa bir kitab bəs etməz. İdarə Heyətinin keçmiş sədri Adil Vəliyevin kürəkən-qayınata idarəçiliyi dövründə xalası oğlu Erkin İbrahimovla dostu Fərman Əlizadə əməlli-başlı hoqqa verib. İndi bunların bir-bir üstü açılır.

Klub tarixinin ən imkanlı büdcəsi ilə ən bərbad mövsümünü keçirən Gəncə təmsilçisində İbrahimovun ardıcıl oyunçu transferindən qazanc əldə etdiyini qəbullanmayan Əlizadə də sən demə bu işə qol qoyubmuş. Məhz onun menecerliyi və o vaxtkı baş məşqçi, seleksiya qabiliyyəti qat-qat zəif olan Adil Şükürovun xeyir-duası ilə komandaya Kresus Donqo Donald adlı oyunçu gətirilir.

Gəldiyi ilk gündən bacarıqsızlığı ilə seçilən yarımmüdafiəçi əsas heyətə düşmək bir yana, komandada rəqabət yarada bilmir. Bununla belə hansısa qüvvənin, düzünü desək, elə Fərman bəyin təkidi ilə oyunçu ara-sıra meydanda görünür.

Azər Bağırovun gəlişindən sonra isə “bundan özümüzdə o qədər var ki” deyilib Donqo əvəzedici heyətə göndərilir. Qış fasiləsinin ardından isə futbolçu müəmmalı şəkildə Gəncədən ayrılır. Müəmmalı ona görə deyirik ki, onun “Kəpəz”i tərk etməsi ilə bağlı ortada klubun rəsmi açıqlaması yoxdu.

Kresusun keçidindən menecer kimi komissiya ödənişi alan, klubu müqavilə müddətindən tez tərk etməsi müqabilində büdcədən futbolçuya təzminat verən Əlizadə göründüyü kimi “Kəpəz”i xeyli “irəli” salıb. Əməlinin üstü açılmasın deyə legionerin səssiz-səmirsiz ölkədən çıxışını təşkil edib.

Deyilənə görə, hələ qışda Fərman bəy Donqonu Adil Şükürovun başçılıq etdiyi “Səbail”ə icarəyə vermək istəyib. Amma Şükürov onun səviyyəsinin I Liqaya uyğun olmadığını deyərək transferdən vaz keçib. Sual ortaya çıxır. Bəs onda Adil bəy Premyer Liqa klubuna bu oyunçunu necə götürüb?

Arxivdən (ayrı hadisə): Fərman Əlizadə saxlanılıb — EKSKLÜZİV.

Fərman Əlizadənin uğursuz menecerliyi — illüstrasiya

Yazılarımız maraqlı gəlir?
Abunə ol, e-mailinə həftənin

ən maraqlı yazılarını seçib göndərək.

← Back

Your message has been sent

Şərhlər

Fikirlərini bizimlə bölüş!