“Kəpəz”in İdarə Heyətinin üzvü Fərman Əlizadə “Qəbələ” ilə öncəki gün Gəncədə saxlanılıb. Dövlət Yol Patrul Xidmətinin əməkdaşları avtomobili şübhəli idarəetməyə görə “saxla” əmri ilə klub rəsmisini dayandırıblar.
Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi, o cümlədən həmin şəxsin tibbi müayinəyə göndərilməsi təmin edilib. Müvafiq prosedurlara uyğun olaraq dispanserdə müayinə zamanı Fərman bəy polisə tabesizlik nümayiş etdirib. Son nəticədə tibbi müəssisəyə Post Patrul Xidmətinin əməkdaşları dəvət olunub. Baş verənlər onun saxlanılması ilə nəticələnib.
Fərman Əlizadə gecəni müvəqqəti saxlama kamerasında keçirib və bu gün günorta saatlarında profilaktik tədbirlərdən sonra sərbəst buraxılıb.


Fikirlərini bizimlə bölüş!