Gəncə stadionun ot örtüyü hələ də salınmayıb

1 minute
Gəncə stadionun ot örtüyü hələ də salınmayıb — illüstrasiya

Təəssüf ki, Gəncə şəhər stadionunda ot örtüyünün salınması prossesi gecikir. Yerli publikanın yenilənmiş arenada “Kəpəz”i bu mövsüm doğma divarlar arasında görmək arzusu baş tutmayacaq. 3 qat Azərbaycan çempionu yalnız gələn mövsüm rəqiblərini evində qəbul edəcək.

Klubdan nəyə görə qazonun bərpası işlərinin uzanması barədə səhih məlumat verilmir. Belə görünür ki, “Kəpəz”in indiki rəsmiləri komandanın çoxsaylı tərəfdar kütləsi qarşısına çıxarmağa tələsmir.

“Dərə xəlvət, tülkü bəy” deyib, sakitcə öz əməllərini həyata keçirmək istəyirlər. Gəncə azarkeşlərinin baş məşqçı Azər Bağırova güclü dəstək verəcəyini, yarıtmaz fəaliyyət göstərən klub rəhbərliyini isə istefaya səsləyəcəyini yaxşı bilirlər.


Yazılarımız maraqlı gəlir?
Abunə ol, e-mailinə həftənin

ən maraqlı yazılarını seçib göndərək.

← Back

Your message has been sent

Şərhlər

Fikirlərini bizimlə bölüş!