Kobud səhvlər edən hakimə sədrdən böyük etimad

Kobud səhvlər edən hakimə sədrdən böyük etimad — illüstrasiya

Bu gün Premyer Liqada 2026/27 mövsümünə start verilir. Hakimlər Komitəsi I turun təyinatlarını açıqlayıb.

“Turаn Tovuz” – “Qəbələ” qarşılaşmasında Tural Qurbanov baş hakim, Cəmil Quliyev və Asiman Əzizli köməkçi hakimlər, Emin Əliyev isə dördüncü hakim olacaq. Elçin Məsiyev VAR, Gülnurə Əkbərzadə isə AVAR funksiyasını yerinə yetirəcək.

Diqqətçəkən təyinat yan xətt hakimi Gülnurə Əkbərzadə ilə bağlıdır. Belə ki, o, Azərbaycan Premyer Liqasında ilk dəfə VAR otağında iş başında olacaq. Hakimlər Komitəsinin sədri Rəhim Həsənovun son iki həftədə canlı yayımlanan iki oyunda kobud səhvlərə görə gündəmə gələn Gülnurə xanıma böyük etimad göstərməsi maraq doğurur.

Belə ki, iyulun 22-də UEFA Qadınlar Çempionlar Liqasının I təsnifat mərhələsində “Flora” (Estoniya) – “Mqar Yunayted” (Malta) matçında yan xətt hakimi olan Gülnurə Əkbərzadə cərimə meydançasında baş verən qayda pozuntusundan sonra baş hakimin penalti təyin etməsinə “icazə verməyib”.

Avqustun 7-də “Sabah Ulduzları” turnirində keçirilən “Zirə” U-14 – “Vətən” U-14 matçında da Zirə təmsilçisinin təmiz qolunu ofsayd qərarı ilə qeydə almayıb

Əlavə məlumat üçün qeyd edək ki, hər iki matçın baş hakimi Fəridə Lütfəliyeva olub.

Elsevər MURADZADƏ

Kobud səhvlər edən hakimə sədrdən böyük etimad — illüstrasiya

Yazılarımız maraqlı gəlir?
Abunə ol, e-mailinə həftənin

ən maraqlı yazılarını seçib göndərək.

← Back

Your message has been sent

Şərhlər

Fikirlərini bizimlə bölüş!