“Qarabağ”da “Şah” müəmması

1 minute
“Qarabağ”da “Şah” müəmması — illüstrasiya

Müqavilə bitib, əməkdaşlıq davam edir

Son illərdə “Qarabağ”da çıxışları həmişə azarkeşlər arasında müzakirə yaradan Şahruddin Məhəmmədəliyevlə bağlı maraqlı vəziyyət yaranıb. Belə ki, qolkiperin Ağdam klubu ilə son müqaviləsi bu ilin iyununda bitib amma o, komandanı tərk etməyib.

“Köhlən atlar”ın hazırda iştirak etdiyi avroturnirlərdə heyətdə yer alan Məhəmmədəliyevin durumu odur ki, müəmma yaradır. Əgər qapçı ilə müqavilə müddəti artırılıbsa, niyə bu barədə klubdan məlumat verilməyib?

Bir il öncə Qurban Qurbanovla da oxşar vəziyyət olmuşdu. Baş məşqçi klubla müqaviləsinin bitməsinə baxmayaraq işinin başında idi. Həmin vaxt bununla bağlı ona verilən suala çalışdırıcı “Hələ müqaviləm var. Səhv eləmirəmsə, 2027-ci ilə kimidir” deyərək zarafatyana cavab da vermişdi.

“Qarabağ”da “Şah” müəmması — illüstrasiya

Yazılarımız maraqlı gəlir?
Abunə ol, e-mailinə həftənin

ən maraqlı yazılarını seçib göndərək.

← Back

Your message has been sent

Şərhlər

Fikirlərini bizimlə bölüş!