Qələbəyə yox, “QARABAĞ”a azarkeşlik…

Qələbəyə yox, “QARABAĞ”a azarkeşlik… — illüstrasiya

Başlandı deyəsən…

Başladıq sosial şəbəkələrdə ustad Qurban Qurbanova Baş Məşqçilik öyrətməyə. Nəzərə almadan ki, gözümüzün qabağında tam yeni komanda yaranır.

Bu saat meydanda bizim gördüyümüz “Qarabağ” ÇL-da heyrətamiz oyun göstərən o komanda deyil. Məncə, “Qarabağ” klubunun hətta rəsmi oyunlarına da bir müddət yoldaşlıq görüşləri, təlim-məşq toplanışları kimi yanaşmalıyıq. Futbolçular bir-birini anlamaqdan, Qurban Qurbanovun üslubuna bələd olmaqdan, meydanda tapşırıqlarını aydın dərk etməkdən ötrü hələ xeyli çalışmalıdırlar.

Ağır mövsümdən çıxmış bir komandanın bu saat ilk növbədə bizim dəstəyimizə ehtiyacı var. Unutmayaq ki, “Qarabağ” Azərbaycan futbolundan daha artıqdır. Futbolumuzun ən böyük uğurları hələ ki yalnız “Qarabağ” FK-nun adına bağlıdır.

İnanaq.

Azarkeşlik edək.

Qələbəyə yox, “QARABAĞ”a!

Sağ olun, Döyüşçülərimiz! Savaşdınız! Var gücünüzü qoydunuz! Biz gördük! Təəssüf ki, bu dəfə alınmadı!! Amma hər şey irəlidədir, Dostlar! Biz Sizdən özünüzü gözləyirik! Sizin Böyük Qayıdışı! QARABAĞ sizsiniz!

Mirşahin AĞAYEV

Qələbəyə yox, “QARABAĞ”a azarkeşlik… — illüstrasiya

Yazılarımız maraqlı gəlir?
Abunə ol, e-mailinə həftənin

ən maraqlı yazılarını seçib göndərək.

← Back

Your message has been sent

Şərhlər

Fikirlərini bizimlə bölüş!