Azərbaycanlı futbolsevərləri sevindirəcək xəbər gəldi. Əslində üzülən, narazı qalanlar da az deyil)
“Sabah” – “Barselona” oyunu Bakı Olimpiya Stadionunda keçiriləcək.
Adıçəkilən idman qurğusunun tutumu 68000 nəfərdir.
Qarşılaşma 25 noyabr 21:45-də start götürəcək.
“Bayquşlar” digər rəqiblərini də BOS-da qəbul edəcək.
Açığı, BOS-u heç vaxt bəyənməmişəm.
Düzdü, klubu qınamaq olmur. Tələb təklif məsələsidir.
Amma bu boyda ÇL-i “Barselona”ya qurban vermək lazım deyildi.
“Qarabağ”ı da ilk dəfə ÇL-ə çıxanda aparıb ora saldılar. “Roma” ilə açılış oyunu xaric digər oyunlarda tribunlar heç dolmadı.
Ötən il BOS-un örtüyü olmadığı üçün “Qarabağ” canını qurtara bildi. “Sabah” da gərək bir bəhanə ilə aradan çıxardı.
“Barselona”nı 70 min izləməsin, 30 min izləsin. Dünya dağılacaq?
Tələbata qalsa 140 minlik stadion da olsa “Barselona”ya görə dolacaq. Onda nə edək, gedək iki meydançada keçirək oyunu?
Bununla da “Sabah”ın ÇL-də həm səfər, həm də ev oyunlarının təşkil olunacağı arenaların adları tam dəqiqləşib:
10 sentyabr: 23:00. Mançester, “Old Trafford” stadionu. “Mançester Yunayted” (İngiltərə) – “Sabah”
13 oktyabr: 20:45. Bakı Olimpiya Stadionu. “Sabah” (Azərbaycan) – “Slaviya Praqa” (Çexiya)
20 oktyabr: 20:45. Bakı Olimpiya Stadionu. “Sabah” (Azərbaycan) – “Borussiya Dortmund” (Almaniya)
4 noyabr: 00:00. Stavanger, “Vikinq” stadionu. “Vikinq” (Norveç) – “Sabah” (Azərbaycan)
25 noyabr: 21:45. Bakı Olimpiya Stadionu. “Sabah” (Azərbaycan) – “Barselona” (İspaniya)
8 dekabr: 21:45. “Estadio de la Keramika”. “Vilyarreal” (İspaniya) – “Sabah” (Azərbaycan)
20 yanvar 2027-ci il: 21:45. Bakı Olimpiya Stadionu. “Sabah” (Azərbaycan) – “Napoli” (İtaliya)
27 yanvar 2027-ci il: 00:00. “Arsenal Stadium”. “Arsenal” (İngiltərə) – “Sabah” (Azərbaycan)
Qeyd edək ki, oyunların başlama saatı Bakı vaxtı ilə göstərilib.
Xanoğlan İMANOV


Fikirlərini bizimlə bölüş!