Azərbaycan futbolu

Xəbərlər və təhlillər

Левин: Я бы бросил Януковича в Каспийское море

Украинский защитник cборной Азербайджана Владимир Левин, выступающий за “Габалу”, высказал свое отношение к событиям на своей родине.

“От происходящего страдает 95% населения Украины. США и Россия стараются захватить контроль над Украиной. У меня нет родственников в Киеве, вся родня проживает в регионах. Но друзья, живущие в столице, стараются не выходить лишний раз из дома. Даже детей не могут в садик отвести”. – заявил Левин.

Воспитанник одесского футбола признался в ненависти как к действующей власти, так и к оппозиции: “Будь моя воля, бросил бы Януковича и Яценюка в Каспийское море. Что касается Кличко, он – великий спортсмен. Оппозиционеры используют таких популярных людей в своих целях. Примкнув к этим событиям, Кличко заметно понизил свою репутацию”.
——————————————————————–

Millimizin ukraynalı futbolçusu: Yanukoviçi Xəzərə tullayardım!

Bunu mediamıza Azərbaycan millisinin əslən ukraynalı futbolçusu və “Qəbələ” klubunun kapitanı Vladimir Levin deyib.

30 yaşlı müdafiəçinin fikrincə, Rusiya Ukrayna uğrunda Avropa ilə mübarizə aparır: “ABŞ Ukraynanı öz tərəfinə çəkdikdən sonra Rusiya sərhədlərinə yaxınlaşacaq. Bunu Rusiya gözəl başa düşür. Həm Rusiyanın Ukrayna uğrunda mübarizəsini, həm də Ukraynanın bu addımını normal saymıram. Çünki bundan əhalinin 95 faizi əziyyət çəkir. Doğmalarım Ukraynanın başqa bölgələrində yaşayırlar. Amma Kiyevdə tanışlarım var ki, hətta uşaqlarını bağçaya apara bilmirlər”.

Levin toqquşmalarda iştirak edən tərəflərin heç birinə haqq qazandırmayıb. O, Ukrayna hakimiyyəti və müxalifəti liderlərini sərt tənqid edib: “Bunlar bir çox siyasətçinin işidir. Məndən olsaydı, Ukrayna prezidenti Viktor Yanukoviçlə müxalifət lideri Arseni Yatsenyuku Xəzər dənizinə tullayardım. Müxalifətçiləri dəstəkləyən Vitali Kliçkoya gəldikdə, o, dahi idmançıdır. Başa düşürəm ki, müxalifətçilər populyarlığından yararlanaraq, öz sıralarına cəlb ediblər. Amma Kliçko siyasətə qarışmaqla bir çox insanın gözündən düşdü”.

Qeyd edək ki, Levin peşəkar karyerasına Ukraynanın Odessa şəhərini təmsil edən “Çernomorets-2”də başlayıb. 2005-ci ildən Levinin Azərbaycan karyerası başlayıb. O, Bakı “İnter”inə keçdikdən bir il sonra – 2006-cı il iyulun 28-də Azərbaycan vətəndaşlığını qəbul edib və millimizə cəlb olunub. Təcrübəli müdafiəçi ötən ilin yayında “Qəbələ”yə keçib.

Fikirlərini bizimlə bölüş!