Bunun adı Azərbaycanı təmsil etmək yox, rəzil etməkdir.
Ötən mövsüm Region Liqasının qalibi olan "Zəngəzur" ölkəmizi UEFA Regionlar Kubokunda təmsil edir.
Etməz olaydı.
Klubun Türkiyədə keçirilən yarışa qatılmağa pulu olmayıb, AFFA da kömək göstərməyib.
Nəticədə 16 nəfərlik heyət Türkiyədə yığılıb. Nə az, nə çox tən yarısı da legioner olub – 7 türk, 1 qazax. Digər 8 nəfər də qardaş ölkədə yaşayan həmvətənlərimiz.
"Zəngəzur" bu gün ilk oyunda Polşanın "Dolnoşlyonski" kollektivnə 0:12 uduzub (https://www.youtube.com/live/7goiFhJtxJU?si=VHrB85Nnubcb2k2S).
Mən susum, siz danışın – Sən Allah belə iştirak kimə, nəyə, niyə lazımdır?
Bunun adı Azərbaycanı təmsil etmək yox, rəzil etməkdir.




Fikirlərini bizimlə bölüş!