“Turan Tovuz”u dirildən adama AFFA heç nəyə görə 15 min manat cərimə verib.
Bu, Ehtiram Quliyevin sahibi olduğu Huner Group-un Ağ Şəhərdə tikdiyi binalardakı evlərin təxminən 1 kvadratmetrinin qiymətidi.
Yəni, Ehtiram Quliyev bu cəriməni ödəyəcək. Və bütün klublar da layiq olduğu cəzaların altından çıxmağı bacarmalıdı.
Amma Ehtiram Quliyev bu cəzaya layiq idimi?
AFFA-nın yazdıqlarına baxaq:
– 3 aprel 2026-cı il tarixində Azərbaycan Kubokunda yarımfinalın ilk oyunu “Turan Tovuz” – “Zirə” görüşü bitdikdən sonra “Turan Tovuz” klubunun idarə heyətinin sədri Ehtiram Quliyev AFFA-nın, onun orqanlarının və ya üzv təşkilatlarının nüfuzunu və etibarlılığını qəsdən alçaldan, şübhə altına qoyan açıqlamalar verdiyinə görə “Turan Tovuz” komandası 15000 manat cərimə edilsin (maddə 88.4)
Mən AFFA Nizam İntizam Komitəsinin sədri Erkin Hüseynova yazdım, zəng etdim cavab vermədi.
Susmaq razılıq əlamətidi.
Mən xahiş edirəm Erkin müəllim çıxıb bu açıqlamalarını izah etsin.
AFFA hakimlərin bu oyunun nəticəsinə təsir edən qərarları ilə bağlı səhvini etiraf etdi.
Ehtiram Quliyev nə vaxt AFFA-nın, onun orqanlarının, üzv təşkilatlarının adını çəkdi?
Bunların alçaldılacaq nüfuzu qalıb ki?
AFFA konkret şərləməyə keçib.
O gün də mənə dedilər hesabat konfransında heç kimə qeydiyyatdan keçdiyi üçün rəsmi məktub göndərməmişik.
Halbuki, hamıya göndərib mənə göndərməmişdilər.
Mənim indiki AFFA rəhbərliyində çox böyük ehtiram bəslədiyim 2-3 nəfər var.
Onların bir para bambılının, müqəvvanın güdazına getməyini istəmirəm.
Amma bu işlərin sonu yaxşı görünmür.
Mən şəxsən AFFA rəhbərliyindən, futbolumuzun rəhbəri Cahangir Fərəcullayevdən xahiş edirəm ki, Ehtiram Quliyevə nəyə görə 15 min manat cəza verilsməsi ilə bağlı fikirlərini bildirsin.
Ölkədə futbola öz vəsaitini xərcləyən neçə iş adamı var?
Ehtiram Quliyev Vətən müharibəsində qəhrəmanlıq edəndə indi ona haqsız cəza kəsənlər harda idi?!
Anar ŞABANOĞLU


Fikirlərini bizimlə bölüş!