AFFA-nın bircə düzgün qərarı olubsa…

AFFA-nın bircə düzgün qərarı olubsa…

Belə anlaşılır ki, bir xeyli adam Azərbaycan millisinin praqmatik oyun üslubundan, gücünün ancaq çox zəif komandalara çatmasından narazıdır. Vallahi, Azərbaycan insanını anlamaqda çətinlik çəkirəm.

Necə olmalı idi? Normal çempionatlarda, normal komandalarda bir xeylisi topdaşıyan ola biləcək futbolçularla "Barselona", PSJ, "Arsenal" kimi oynamağı arzulayırsız?

AFFA-nın bircə düzgün qərarı olubsa, o da Ayxan Abbasovu millinin baş məşqçisi təyin etməkdir. Bu cür müstəsna zəif komandaya ancaq Abbasov kimi praqmatik məşqçi uyğundur. Sənin ölkənin milli çempionatında demək olar ki, bütün bombardirlər əcnəbilərdir. Sənin "Qarabağ"ın illərdir Avropaya legionerlərin hesabına səs salıb.

Azərbaycan futbolu yarım əsrdə bir dənə Kamilo Duran yetişdirməyib e. Və sənin "Sabah"ın Çempionlar Liqasında əcnəbi futbolçuların sayəsində irəliləyə bilib. Valdas Dambrauskas, ya da Qurban Qurbanov bu milli komanda ilə heç nəyə nail ola bilməz, Ayxan Abbasovun nail ola bilməyəcəyi kimi. Nail ola bilsəydilər, elə "Sabah"a, "Qarabağ"a ölkənin ən yaxşı futbolçularını yığıb (varsa), onlarla "kərəni kürə etməyə" çalışardılar.

Ayağınız yorğandan çox çıxır, üşüyərsiz…

Fikirlərini bizimlə bölüş!

E-poçt ünvanınız yayımlanmayacaq. * işarəli sahələr mütləqdir.