Bütün yazılar və məqalələr arxivi
AZFUTBOL-un Azərbaycan futbolu haqqında son xəbərləri, müəllif yazıları və təhlilləri. Premyer Liqa, milli komanda, klublar və futbol idarəçiliyi üzrə materialları bu arxivdən oxuya bilərsiniz.
Mövzular üzrə: Bütün xüsusi dosyelər ↗
-
Azər Bağırovun dəyərləndirdiyi şans
“Şəfa” “Şamaxı” ilə oyunun gedişində 2:0 hesabıyla önə keçəndə çoxları meydan sahibləri üçün bu oyunda hər şeyin bitdiyini düşünürdü. Premyer-liqanın debütantı bu mövsüm keçirdiyi yeddi oyunda bir qələbə qazanmışdı. Həmin qələbə də səfərdə “Qəbələ” üzərində qazanılmışdı. Elə bu qələbə də həmin vaxt sürpriz sayılırdı. Çünki meydan sahibi “Qəbələ” həmin qarşılaşmanın favoridi idi, qələbəyə daha yaxın…
-
Legione(r)lla bakteriyası
Dortmund "Borussiya”sının futbolçuları “Sabah”la Çempionlar Liqasının oyunundan əvvəl məşqdə və oyundan sonra Olimpiya Stadionunun duşlarında çimməkdən imtina ediblər. “Bild” nəşrinin məlumatına görə, buna səbəb su sistemində legionella bakteriyasının ola biləcəyi ilə bağlı narahatlıqdır. Açığı, legionella sözünü birinci dəfədir eşidirəm. Lakin özü bakteriya olsa da, adı "şirin gəldi". Axı iki ildir bu sözün kökü və kök…
-
“Qarabağ”a niyə təşəkkür etməliyik? Futbolumuzda yeni reallıq!
Bu gün Azərbaycan futbolunda yeni reallıqla üz-üzəyik. Bir vaxtlar avrokubokların əsas mərhələsinə yüksəlmək əlçatmaz arzu idisə, indi bu, real hədəfə çevrilib. Azərbaycan çempionu “Sabah” Çempionlar Liqasında ölkəmizi təmsil edir, Premyer Liqada isə “Qarabağ” və “Neftçi” ilə çempionluq uğrunda mübarizə aparır. Bəlkə də yaxın illərdə “Neftçi”ni də avrokubokların əsas mərhələsinin daimi iştirakçısı kimi görəcəyik. Buna təəccüblənməməliyik.…
-
47 min azarkeş də “Olimpiya”da futbol şöləni yarada bilmir
Ötən gün “Sabah” Çempionlar Liqasının liqa mərhələsində Almaniyanın “Borussiya” ( Dortmund) klubu ilə Bakı Olimpiya Stadionunda qarşılaşıb. Azərbaycan çempionunun layiqli mübarizə apardığı görüş 1:2 hesabıyla başa çatıb. Rəsmi məlumata görə, qarşılaşmanı 47 221 azarkeş izləyib. Ölkə çempionatının əksər oyunlarının boş tribunalar önündə keçdiyini nəzərə alsaq, bu, ümumilikdə yaxşı göstəricidir. Lakin Azərbaycan kimi kiçik futbol ölkələri…
-
“Sabah” uduzdu, …mən sevindim!
Sərlövhəni görən oxucu dərhal düşünəcək ki, aha, Azərbaycan idman jurnalistikasının üfüqündə daha bir xain, satqın, kollaborasionist peyda oldu. Amma yox, içimdən keçəni deyirəm, doğrudan da, dünənki məğlubiyyət xeyli müsbət enerji və “Sabah”ın turnir perspektivləri ilə bağlı nikbin xəyallar qurmaq imkanı verdi. Əvvəlcə son məğlubiyyətlə bağlı bəzi qeydlərimi bölüşüm, sonra sözümün canını deyəcəm. Bu qədər qol…
-
Dambrauskasdan Qurbanovadək: Azərbaycanın maraqlı liqası varmış!
Bu «Sabah» necə də simpatikdi! Topu irəliyə necə gəldi vurmaq yoxdur, əla kombinasiyalar, rəngarəng və yaxşı mənada arsız futbol oynayırlar. İnamsız başlanğıcdan sonra Dortmundla matçın birinci hissəsinin ikinci yarısını sadəcə göz qamaşdırıcı keçirdilər. Çox gözəl hücumla hesabı bərabərləşdirdilər, həm ötürmə, həm də zərbə birinci sinif idi — təəssüf ki, qol kiçik fərqlə ofsayda görə ləğv…
-
Sensasiyasız…
…amma “Sabah” Avropaya xarakter göstərir! Möcüzə baş vermədi, “Borussiya” indiyədək görüşdüyü üçüncü Azərbaycan klubunu da məğlubiyyətə uğratdı. Amma dortmundluların bu dəfəki qələbəsi illər əvvəl “Qarabağ” və “Qəbələ”yə qarşı olduğu kimi yüngül gəzinti deyildi. “Sabah” şöhrətli rəqibiylə əməlli-başlı dirəşdi. Düzdür, oyunun əvvəli belə düşünməyə əsas vermirdi. Bundesliqanın liderlərindən biri Azərbaycan çempionunun qapısına erkən yol tapdı. Ancaq…
-
Azərbaycanlılara qarşı irqçilik!
Fars şovinizmi üzündən “Traktor”un oyunu ləğv edildi İran çempionatının 9-cu turu çərçivəsində oktyabrın 18-də Bəndər-Ənzəlidə yerli “Mələvan” və Təbrizin “Traktor” komandaları arasında keçirilməli olan görüş böyük qalmaqal səbəbindən baş tutmayıb. Meydan sahibləri azarkeşlərinin Təbriz futbolçularına və Azərbaycan türklərinin milli kimliyinə qarşı səsləndirdikləri təhqiramiz, irqçi və etnik məzmunlu şüarlar üzündən matç ləğv edilib. Qarşılaşmanın bazar günü…
-
Qapıçılarımızın psixilogiyası pozulsa…
Qapıçıların Azərbaycan derbisndəki səhvlərindən sonra xatırladım ki, karyerası uşaq futbolundan böyük futboluna gözümün qarşısında keçən, Şabranda doğulsa da, həm də Tovuz futbolunun yetirməsi deyə biləcəyimiz Kamran Ağayev kimi qapıçı görmüşəm. Ondan öncə, müstəqilliyin ilk illərindən millinin şərəfini qoruyan Aleksandr Jidkov, Elxan Həsənov və Dmitri Kramarenko kimi usta qapıçıları da həmçinin. "80-lər"in sonu SSRİ-nin aşağı yaşlardan…
-
Yaxın künc, uzaqlaşan hədəflər
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun “Neftçi” ilə oyundan sonra (3:3) verdiyi açıqlamaları diqqətlə oxudum. Çalışdırıcının bir cümləsi çox xoşuma gəldi. Qurban bəy belə deyib: “Bu gün komandaların heç biri məğlub olmağa layiq deyildi”. Təcrübəli mütəxəssislə razılaşmamaq olmur. Arzulayırsan ki, bizim çempionatda belə qarşılaşmaların sayı artsın, heç olmasa hər tur bu cür gərgin və həyəcanlı duellər…
-
“Qarabağ”ın yolu ilə getməyin fəsadı
Biz hələ “Sabah”ın Çempionlar Liqasındakı ev oyunlarını keçirəcəyi stadionla bağlı seçimini edəndə bunun yanlış olduğunu demişdik. Söhbət Bakı Olimpiya Stadionuna qayıdışdan gedir. Əksəriyyət arqument gətirirdi ki, rəqib “Barselona”dırsa, bu addımı atmağa məcbursan. Məsələ tələb və təşviq məsələsidir. Düşünürdülər ki, “Barselona”ya görə stadiona gələn azarkeşlər “Sabah”ın digər oyunlarında da tribunaları dolduracaqlar. Bəzən haqq verməmək də olmur.…
-
Qovulan Zaurun möhtəşəm dönüşü – həmişəki kimi…
Heç bir ay tamam olmayıb. Amma bu müddət “Araz-Naxçıvan”ın özünü təkzib etməsi üçün kifayət edib. Mövsümün startında muxtar respublika təmsilçisində qəribə vəziyyət yaranmışdı. Cavid Hüseynov baş məşqçi idi, amma müvafiq lisenziyası olmadığından, onun yanına Zaur İsmayılov əyləşdi. Bu şəxs zatən köməkçi-məşqçi idi, amma qaydalara əməl etmək naminə onu da baş məşqçi təyin etdilər, “qızın iki…
-
“1001 gecə”: Şərq nağılından Avropa səhnəsinə uzanan derbi
Bəzi sevgilər illər keçsə də bitmir. Bəzi rəqabətlər zaman keçdikcə daha da alovlanır. Elə hekayələr də var ki, hər dəfə yenidən başlayır, hər dəfə başqa cür yaşanır. Azərbaycan futbolunun “Qarabağ” – “Neftçi” derbisi məhz belə hekayələrdəndir. Oktyabrın 17-də Tofiq Bəhramov adına Respublika stadionunda bu hekayənin növbəti səhifəsi yazılacaq. Azərbaycan Premyer Liqasının VIII turunda üz-üzə gələcək…
-
AFFA-da islahat adı altında xaos: Rövşən Nəcəf nəyi gözləyir?
AFFA-da vəziyyət getdikcə qəlizləşir. Cahangir Fərəcullayevin baş katib postuna gəlişindən sonra başladığı islahatlar, struktur dəyişiklikləri, ixtisarlar, vəzifə bölgüləri qurumu düzənə salmaq əvəzinə, daxildə dərin xaos yaradıb. Struktur dəyişikliyi adı ilə atılan addımlar qurumun idarə olunmasında ciddi problemlər yaradıb. Öncə başlayaq qurumun media departamentindən. Birdən-birə 8 əməkdaşın işdən çıxarılması xeyli söz-söhbətə səbəb oldu. Departamentin yenilənməsi prosesinə…
-
“Sabah” 9 xal toplaya bilər! – böyük bir sensasiyaya ehtiyac var…
Bəli, ilkin proqnozlar doğruldu. Çempionlar Liqasının liqa mərhələsində mübarizə aparan, püşkatmada bəxtinə “böyük beşliy”in 6 təmsilçisi düşən “Sabah” ilk görüşdə “Old Trafford”da “Mançester Yunayted”ə 0:4 uduzdu, evdə “Slaviya”nı məğlub etməklə hesabına 3 xal yazdı. Bəs “Sabah” liqa mərhələsinin qalan oyunlarında neçə xal toplaya bilər? Ümumiyyətlə, ilin-günün bu vaxtında pley-off eşqinə düşmək nə dərəcədə doğrudu? “Bayquşlar”ı…
-
İmişli qovurması
“İmişli” nə etmək istədiyi bir yana, artıq nə etdiyini də bilmir. İnzibati heyətdən iki nəfər bugünlərdə işdən çıxmışdı/çıxarılmışdı. Cəmi 7 tur sonra baş məşqçi ilə də yollar ayrıldı. Niyə? Fərid Namazov nə yatdı ki, nə yuxu görsün… 4 xalla 12 klub arasında 9-cu yer. Riskli sayıla bilər, ancaq “İmişli” niyə riskli zonada var-gəl etməsin ki?…
-
“4 oyuna 1 bilet” kampaniyasının acı nəticəsi
Dambrauskas niyə azarkeşləri günahlandırır ki?! Əlbəttə, “Sabah”ın Çempionlar Liqasındakı ilk ev oyununda inamlı qələbə qazanması sevindiricidir (2:0). Komanda çox möhtəşəm çıxış etdi və layiqli şəkildə qalib gəldi. Oyundan sonra “Sabah”ın baş məşqçisi Valdas Dambrauskasın mətbuat konfransındakı açıqlamalarını ingiliscə dinlədim. Yəqin ki, sinxrondan azərbaycancaya düz-əməlli tərcümə olunmayıb. Bəlkə də Tomaş Vlçekin açıqlamaları kimi kəsib-doğrayıblar. Amma eşidilən…
-
“Bayquşlar”ın ÇL-də ilk zəfər uçuşu!
Tarixi qələbənin kölgəsində… Azərbaycanın ən güclü klubu Çempionlar Liqasının liqa mərhələsində ilk qələbəsini ilk ev oyununda qazandı. Düzdü, “Sabah” Praqa “Slaviya”sı ilə qarşılaşmada doğma divarların dəstəyini elə də hiss etmədi… Gözlənildiyi kimi, Olimpiya stadionunun tribunaları çexlərlə qarşılaşmada çox seyrəkdi. Təşkilatçılıq yüksək səviyyədə olsa da, 3 ildir boş qalmış arenanın yeni salınmış ot örtüyü standartlara uyğun…
-
“Neftçi” yerlilərə inamı qoruyur, “Turan Tovuz” isə…
– Premyer Liqanın bonus cədvəli Azərbaycan Premyer Liqasında ilk 7 turun statistikası təkcə rəqəmlərdən ibarət deyil. Bu göstəricilər klubların futbol fəlsəfəsi, yerli oyunçulara münasibəti və gələcəyə baxışı barədə də müəyyən təsəvvür yaradır. Bəzi komandalar azərbaycanlı oyunçulara güvənərək həm nəticə qazanır, həm də gələcəyə sərmayə qoyur. Digərləri isə ani uğur naminə yerli kadrları ehtiyat skamyasına həbs…
-
“Neftçi”nin ata-bala söhbəti
“Neftçi” rəhbərliyinin Azərbaycanın “xalq komandası” adını iddia etməsinə, ölkədə futbolun onlarla başlamasını hər dəfə təkrarlamasına öyrəncəliyik. İş çətin düşən kimi “ağ-qara “Neftçi” topu söhbətləri dövriyyəyə buraxılır. Belə nəql edirlər ki, “Neftçi” olmasaymış, Azərbaycanda indiyə qədər futbol olmazmış, bu gün Azərbaycanda futbol oynayırlarsa, buna görə “Neftçi”yə minnətdarlıq etməliyik. Bu yaxınlarda orta məktəbin 5-ci sinifinin “Azərbaycan tarixi”…




