Azərbaycan futbolu: xəbərlər və təhlillər
AZFUTBOL-un Azərbaycan futbolu haqqında son xəbərləri, müəllif yazıları və təhlilləri. Premyer Liqa, milli komanda, klublar və futbol idarəçiliyi üzrə materialları bu arxivdən oxuya bilərsiniz.
Mövzular üzrə: Gəncə futbolu · AFFA və futbol idarəçiliyi.
-
Ayxan Abbasovun U-21 qısqanclığı
Futbolda bəzən ən çox sual doğuran qərar meydanda yox, meydandan kənarda verilən olur. Ayxan Abbasov A milliyə U-21-in üç üzvünü – Rəvan Mirzəmmədovu, Edqar Adilxanovu və Oruc Məmmədovu dəvət etdi. İlk baxışdan bunu alqışlamaq lazımdır. Gənc futbolçuların A milliyə çağırılması onların inkişafı baxımından müsbət addımdır. Amma bir sual yaranır: əgər rəsmi matçlarda oynatmayacaqdınsa, xüsusən də…
-
1 xal yetər?!
Bir söz yetər yerdən göyə kimi qanad çalıb uçam, Bir söz yetər körpə çocuk gibi qucağına qaçam. Bir söz yetər gecə bulud olub sənə ürək açam, Bir söz yetər gözümdən düşməyə, bu aşk burda bitər (Aygün Kazımovanın repertuarından) Şübhə etmirəm ki, millimizin baş məşqçisi Ayxan Abbasov da, AFFA-nın baş katibi Cahangir Fərəcullayev də ara-sıra Aygün…
-
Etməliyik! …Bilərikmi?
Litva ilə səfərdə 1:1 pis nəticədir ki? Hə, heç yaxşı da deyil, qələbə qazana bilərdik. Ancaq qazanmalıydıq şərti nəyə əsaslanır? Qazana bilərdik… “Qazanmalıydıq” isə niyyətdir – baxır kim niyyətini necə ifadə edir… *** Millətlər Liqasına Litva ilə başladıq və ortabab nəticə oldu. Amma bunu “vaydədə vay! faciə!” kimi təqdim edənlər var. Nəyin romantikası, haranın avantürasıdır?…
-
Oyunda ürəyim tutmuşdu…
Kaunasda aptekin yanından keçəndə içəri daxil olub dərmanların qiymətinə baxmaq, nə isə almaq istədim. Amma ani verdiyim qərarla, həm də vaxt məhdudiyyətinə görə, hansı dərmanı alacağımı bilmədiyim üçün fikrimdən daşındım. Birazdan sonu 1:1 hesabı ilə başa çatan millimizin Litva ilə oyunu üçün stadionda olmalı idik. Oyunun ortalarında “korvalol”a ehtiyacım yarandı. Ürəyim tutmuşdu, bilsəydim, ürək dərmanı…
-
Cahangir Fərəcullayevin gördüyü iş
AFFA-nın baş katibi Cahangir Fərəcullayev futbola gəlməzdən qabaq futboldan uzaq adam olmayıb. “Azərlotoreya”da (“Misli”nin daxil olduğu və “Caspiantech”də (Topazın daxil olduğu) vəzifələrdə çalışıb. Yəqin yaxşı işləyib ki, bu qədər məsul vəzifə veriblər. Amma bu həna o hənadan deyil… Litva ilə heç-heçənin az qala qələbə kimi təqdim ediləcəyinə şübhəm yoxdu. Bilməyənlər üçün deyim ki, Millətlər Liqasının…
-
Millini xalqa qaytarmaq vaxtıdı
AFFA, dolu tribunadan niyə qorxursunuz? Televizoru açırıq, Azərbaycan millisi yaşıl meydandadı. Amma ekranda görünən mənzərə adamda yalnız məyusluq hissi doğurur. Söhbət təkcə futbolçularımızın ortaya qoyduğu oyundan getmir. Azarkeş üzünə həsrət qalmış stadionlarımızdan danışırıq. Hansı ki, milli həyəcana belə biganədi. Tənha oturacaqlar, səssiz tribunalar və sanki heç kimin maraqlanmadığı boşluq… Ölkə çempionatının oyunlarında bu cür mənzərəyə…
-
Millinin AVRO imkanı
Yoldaşlıq matçında Tacikistanı 1:0 hesabı ilə məğlub edən Azərbaycan millisi diqqətini UEFA Millətlər Liqasına yönəldib. Ayxan Abbasovun yetirmələri Litva və Lixtenşteynə qarşı kritik matçlarda qələbə qazanmaq arzusundadır. Yığmamız D Liqasında yer alsa da, bu divizion bizim üçün yalnız C Liqasına yüksəlmək fürsəti yaratmır. Turnirin mürəkkəb, lakin ümidverici reqlamenti komandamıza AVRO-2028-in pley-off mərhələsinə adlamaq üçün raal…
-
“Sabah” azarkeşlərə seçim imkanı vermir
“Sabah” Çempionlar Liqasındakı dörd ev oyunu üçün deputat Azər Badamovun təbirincə desək, vahid bilet satışını elan edib. Yəni azarkeş təkcə “Barselona” ilə oyuna baxmaq istəyirsə, “Slaviya”, “Borussiya Dortmund” və “Napoli” ilə qarşılaşmaların biletlərini də almağa məcbur qalır. Bunu uğurlu marketinq strategiyası kimi qiymətləndirmək çətindir. Burada istehlakçının sərbəst seçim hüququ ilə bağlı ciddi hüquqi problem yaranır.…
-
Çernışevskinin sualı və bizim hakimlər
Rusiyalı inqilabçı yazıçı Nikolay Çernışevski həbsxanada yazdığı əsərin adını “Nə etməli?” qoymuşdu. Rəhmətliyin ölümündən az qala iki əsrə yaxın vaxt keçib, amma əsərinə ad olaraq seçdiyi sual aktuallığını heç vaxt itirmir. Çernışevskini, onun məşhur sualını yadıma salan sosial şəbəkədə həmkarlardan birinin azərbaycanlı futbol hakimlərinin oyunlarda yol verdikləri çoxlu səhvlər haqdakı paylaşımı oldu. Bizim hakimlər niyə…
-
“Ganja Park City” “Kəpəz”ə sponsor gəlir – EKSKLÜZİV
“Kəpəz”in sponsorsuz günləri deyəsən sona çatmaq üzrədir. Şəhərdə fəaliyyət göstərən və “Ganja Park City” layihəsi üzrə tanınan tikinti şirkəti (MEMAR Properties) klubu himayəsinə götürmək istəyir. “Sumqayıt” ilə ev oyununda stadionun bilbordlarında şirkətin reklam videoçarxları nümayiş olunub. Şirkətin rəhbəri Namiq adlı iş adamı matçı tribunadan izləyənlər arasında yer alıb. “Ganja Park City” əvvəlcə komandanın forma sponsoru…
-
“Nəsimi ili”ndə doğulanların bəhanəsi…
Ehtiram Quliyevin “Turan Tovuz” üçün gördüyü işləri heç kim danmır. Elə bunun nəticəsidir ki, Tovuz camaatı və klub azarkeşləri onu bağrına basıb. Gəldiyi gündən qısa müddət ərzində komanda üçün ciddi vəsait xərclədiyi bildirilir, sponsorlar cəlb edib və s. İndi də xəbər yayılıb ki, rəhbərlikdən getmək istəyir. Özü bunun səbəbini şəxsən açıqlamasa da, müəyyən kanallar vasitəsilə…
-
Ehtiram Quliyev, yoxsa Cahangir Fərəcullayev?
AFFA-nın baş katibi “Turan”ın sahibini futboldan bezdirdi Rövşən Nəcəf AFFA prezidenti seçiləndə 2025-2028-ci illəri əhatə edəcək inkişaf strategiyasının yalnız federasiyanın və dövlətin dəstəyilə ilə həyata keçirilməsinin çətin olacağını, xüsusən klublara sponsorların gərəkdiyini vurğulamışdı. Azərbaycan futboluna son dövrlərdə gəlmiş ən normal sponsor yəqin elə “Huner Group”du. Tovuz kimi futbolla yaşayan bir rayonun futboluna Ehtiram Quliyev nəfəs…
-
Əndirabadi klub
“Araz Naxçıvan” Bakıda məskunlaşmış, əvvəl Qəbələdə, sonra Şamaxıda ev oyunlarını keçirən əndirabadi klubdur. Bu toksik qeyri-adiliyin zənginləşməsi davam edir. Hər mövsümə uğursuz “update”lərlə başlayan muxtar respublikanın “didərgin” təmsilçisi 2026/27 sezonu üçün “qaş düzəldərkən vurub gözü də” çıxardı. Heyətini demək olar yenidən quran ləqəbi naməlum klub 6 tura cəmi 2 xal toplaya bilib. Sonuncu yerdədir və…
-
Türkiyəyə oynamağa yox, “kurort”a gedən bizimkilər
“Qarabağ”ın sabiq futbolçuları Türkiyədə “papağı günə verir”. ABŞ-da duruş gətirə bilməyib din-dil bir olduğumuz qardaş ölkəyə gələn Nəriman Axundzadə “Ərzurumspor”da, Toral Bayramov isə “Bursaspor”da illərdir yığılan yorğunluğu çıxarırlar. Bunun başqa adı yoxdur. Nəriman Super Liqa klubunda əsas heyətə yaxın düşə bilmir. Toral 2 dəfə “11-lik”də görünüb, digər hallarda sonradan meydana daxil olub. İki azərbaycanlı bir…
-
Ehtiram Quliyevin “dostlar klubu”:“Turan”da aqressiya mərəzi
“Turan Tovuz” – “Zirə” matçında (1:0) baş verənlərlə bağlı çox yazıldı. Hakimliklə bağlı söhbətlər hələ deyəsən çox zaman və enerji aparacaq. İldən-ilə vəziyyət daha da pisləşir. Bu mövsüm başlayar-başlamaz hakimlərimiz meydanlarda hoqqa verməyə başladı, əcaib-qəraib qərarları ilə hamını mat-məəttəl qoydu və deyəsən bu hal-qəza davam da edəcək. Çünki, nə hakimlərin, nə onlara başçılıq edənlərin vəziyyəti…
-
FİFA 2 topla oynamağa icazə verib?
İkinci Liqanın “Marafon” – “Ağstafa Gəncələri” görüşündə (2:1) qonaqlar qolu vuranda meydanda 2 top olub. Redaksiya qeydi: IFAB-ın 5-ci qaydasına görə, əlavə top oyuna müdaxilə etmirsə, oyun davam etdirilir və top ilk imkanda meydandan çıxarılır. Müdaxilə olduqda oyun, müəyyən qol halları üçün nəzərdə tutulan istisnalar xaricində, dayandırılır və mübahisəli topla bərpa edilir. Yəni ikinci topun…
-
Akademiyası olmayan futbolun Toral Bayramov faciəsi
Urra, legioner limitləri ləğv olundu! Legioner limiti ilə bağlı rəsmi qərar: AFFA, 3 fevral 2025. Avropada qan edəcəyik! Limitin ləğvini az qala bu şəkildə bayram edən dostları yaxşı xatırlayıram. Yaxın oturun… Böyük ümidlərlə “Bursaspor”a transfer olunan Toral Bayramovun arxada qalan səkkiz turdakı çıxışı bərbaddır. İki sarı vərəqə ilə yadda qalan Toral həmin səkkiz oyunun cəmi…
-
“Ləlöyün”
Xatırlayırsınızsa, bu yaxınlarda filologiya elmləri doktoru, professor Mahirə Hüseynova “ləlöyün” sözünə diqqət çəkib, çox aktiv və gözəl söz olduğunu vurğulamışdı. Açığı, bu söz mənim də uzun illərdir gündəlik həyatımda istifadə etdiyim sözdür. İlk dəfədir yazıda istifadə edəcəyəm. İzahlı lüğətdə bu söz acgöz, tamarzı, görməmiş, həris kimi qeyd olunur… Azərbaycan futbolunda da bu söz ən çox…
-
Azarkeşini hədələyən klub…
“Kəpəz” rəhbərliyinin absurdluğu Bütün Azərbaycan “Kəpəz”dən danışır. Daha doğrusu, “Kəpəz” azarkeşlərindən. Yeni Gəncə stadionu və buranın bəzəyi olan yerli publika tərəfli-tərəfsiz hər kəsin böyük rəğbətini qazanıb. Gəncəli fanatlar Azərbaycan futboluna sanki yeni nəfəs gətiriblər. Bir çox halda boz, maraqsız və səs-küysüz çempionatımızın oyunları Cavad xanın məmləkətində hər dəfə gerçək bir futbol şöləninə çevrilir. Gəncəlilərin sevimli…
-
Nə VAR?
Azərbaycan Premyer Liqasında mövsüm yeni başlayıb, ancaq artıq bir neçə dəfə yanlış hakim qərarları gündəmə gəlib. Son olaraq V turun “Araz-Naxçıvan” – “Turan Tovuz” oyununda (2:2) meydan sahiblərinin lehinə təyin edilən penalti qərarının doğru olmadığı bildirildi. Naxçıvan təmsilçisi məhz bu epizoddan sonra “11 metrə”dən fərqlənməklə bir xal qazanmışdı. “Turan Tovuz” isə bu mövsüm ikinci dəfə…

