Azərbaycan futbolu: xəbərlər və təhlillər
AZFUTBOL-un Azərbaycan futbolu haqqında son xəbərləri, müəllif yazıları və təhlilləri. Premyer Liqa, milli komanda, klublar və futbol idarəçiliyi üzrə materialları bu arxivdən oxuya bilərsiniz.
Mövzular üzrə: Gəncə futbolu · AFFA və futbol idarəçiliyi.
-
Maykl Oliver və Elçin Məsiyev
Mən bu yazını yazıb bitirənə qədər bir neçə dəfə hərf səhvi edəcəm. Dərhal gözümə dəyənləri düzəldəcəm, səhvləri aradan qaldıracam. Sonra yazını bir daha oxuyacam, orda da gördüklərim olacaq və istər hərf səhvlərinə, istərsə də cümlələrin quruluşundakı nöqsanlara əl gəzdirəcəyəm. Çalışacağam ki, siz dəyərli oxucularıma mümkün qədər qüsursuz, oxunaqlı məqalə təqdim edə bilim. Sağ olsunlar, texnologiyanı…
-
“Turan”ın daşı niyə ağır olub?!
Ardıcıl 2 mövsümdür “Turan Tovuz”a qarşı ədalətsizlik edilir. Bu çempionatda cəmi 5 tur arxada qalıb. Amma 2 oyunda “Turan Tovuz”un haqlı qələbəsi və 4 xalı əlindən alınıb. “Şamaxı” ilə Tovuzdakı oyunda Rəhim Həsənov CBC Sportu səhv çıxartdı ki, onlar normal görüntü təqdim etmədiyi üçün qərar doğrudu. İndi bu videoya baxın və əlinizi ürəyinizin üstünə qoyub…
-
“Araz-Naxçıvan”la “İmişli”nin Əsasnamə hoqqası… – evli evinə, qərib də yurduna!
“Turan Tovuz”la “Kəpəz”in stadionlarında görülən işlərin yekunlaşması iki bölgə təmsilçisinin ev oyunlarını keçirmək üçün qüsursuz şərait yaradıb. Artıq həm Tovuzda, həm də Gəncədə minlərlə futbolsevər tribunalara təşrif buyurur, sevimli komandalarını dəstəkləyirlər. Böyük ehtimalla, mövsümün sonunda məhz bu komandaları ən çox tamaşaçı toplayanlar siyahısının zirvəsində görəcəyik. “Qarabağ” və “Şamaxı” ilə bağlı durum da hər kəsə aydındı.…
-
11 min adamla varlıq göstərən 11 nəfər
“Kəpəz” ardıcıl üçüncü ev oyununda ikinci qələbəsini qazandı. Yenə 1:0, yenə Viktor Stina. Moldovalı vingerin “Turan Tovuz”a vurduğu qol da möhtəşəm alınmışdı, dünən “Qəbələ”yə vurduğu da. Viktor sanki Gəncə və bu şəhərin azarkeşi üçün doğulub. Şəhər çıxsa, camaat onu əlinin içində gəzdirər, başına pərvanətək dolanar. Azər Məmmədov papağını göyə atsın ki, “Kəpəz” artıq rəqiblərini doğma…
-
İngiltərə bağ salır, biz bataqlıq axtarırıq: Azərbaycan futbolunun akademiyasızlığı
Biz bataqlıda futbolçu axtarırıq, Avropa bağ salıb, futbolçu yetişdirir… Videonu “Mançester Yunayted” (19) – “Sabah” (19) oyunun qısa icmalı hesab edə bilərsiniz. Təxminən 85 dəqiqə oyun meydanın bu hissəsində gedib. 90 dəqiqə ərzində “qırmızı şeytanlar”ın qapıçısını görmədim. Geninə-boluna “İngiltərə klublarının heyəti bütünlüklə əcnəbidi” yazan, danışan qardaşlar bu da həmin ingilis klubunun akademiyasıdır. Bəlkə, 100 dəfə…
-
Montellaya olar, Ayxan Abbasova yox?..
Son dönəmlərdə millinin baş məşqçisi Ayxan Abbasovun ölkə xaricində çıxış edən yığma üzvlərini iş başında izləməsi müzakirələrə səbəb olub. Məsələyə Abbasovun sadəcə gəzməyə getməsi kimi yanaşanlar da var. Halbuki indiyədək milli komandada çalışan əcnəbi baş məşqçilərin hərəkətsizliyini tənqid etmişik. Ki, milyonlarla pul alırlar, təlim-məşq toplanışından qısa müddət öncə Azərbaycana gəlirlər, yığmanın oyunu başa çatandan sonra…
-
“Sabah” da öyrənir, biz də
“Sabah”ın qazaxıstanlı qapıçısı Stas Pokatilov UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 1-ci turundan sonra ən çox qurtarış edən qapıçılar siyahısında yer almağı bacarıb. Bəli, “Mançester Yunayted”lə qarşılaşmada qapısında dörd qolan görən qapıçımız 1-ci turun ən yaxşılarındandır. Belə ki, Stas ingilislərlə oyunda beş dəfə seyv edib. Deməli, onun bu seyvləri olmasaydı, “Sabah” daha böyük hesabla məğlub ola…
-
“Kəpəz” “zirzəmi”yə, “Gəncəbasar” zirvəyə doğru…– Gəncədə ağa kim olacaq?
Hələ mövsüm başlamamış Gəncə futbolunda maraqlı hadisələrin yaşanacağını yazmışdıq. Ona görə ki, şəhər premyer-liqada “Kəpəz”, 1-ci liqada “Gəncəbasar” ilə təmsil olunacaqdı. “Sarı-göylər” mövsümə uğursuz başlayıb. İlk üç oyunun cəmi birində qələbə qazanan komanda 3 xalla 9-cu yerdədi. Təxirə salınan oyun “Qarabağ”a qarşıdı ki, burda da favorit ağdamlılardı. Yəni “Kəpəz” sərfəli nəticə əldə etmək istəyirsə, həmin…
-
Bütün xanalar sıfır olanda…
“Sabah” İngiltərədə belə məğlub olmamalı idi. Bunun adı rəzalət, biabırçılıq, fiaskodur… Bilirəm, bu cümlələri oxuyan kimi hər birinizin ağlından “Sabah”ın əsas komandasının “Mançester Yunayted”ə 0:4 hesablı məğlubiyyəti keçdi. Amma mən 19 yaşlılardan danışıram. Daha doğrusu, onların Mançesterdə yaşadığı faciədən. Təəssüf ki, futbolumuzun ən böyük bəlası da elə budur. Biz elə hey Premyer Liqa klublarından danışırıq.…
-
Gəncədə qazon niyə ala-bozdu?
Hələ “Kəpəz” – “Turan” oyununda fikir vermişdim ki, Gəncə stadionunun ot örtüyü heç də ürəkaçan deyil. Rəngi solğundur, meydanın müxtəlif hissələrində bozarmış sahələr gözə dəyir. Aradan 10 gündən çox vaxt keçib. Bəs vəziyyət dəyişibmi? Baxaq. Bu şəkil bu gün “Gəncəbasar” – “Xankəndi” oyunu (2:1) zamanı çəkilib. Digər şəkil isə axşam “Real Madrid” – “İnter” matçındandır.…
-
0:4-dən qaçmaq olardı?
Gözlənilən oldu – “Sabah” İngiltərədən böyükhesablı məğlubiyyətlə qayıtdı. Müqavimət göstərdi, nəsə etməyə çalışdı, amma bacarmadı. İndi bu məğlubiyyəti qəbul etmək, məyusluq içində “0:4-dən qaçmaq olardımı” sualına cavab axtarmaq lazımdı. Temp, temp, yenə də temp! “Sabah” əslində oyuna yaxşı başladı, birmənalı şəkildə öz qapısına çəkilmədi, hücuma hücumla cavab verməyə çalışdı. Amma bütün bunları bir yerə qədər,…
-
0:4-ə rəğmən, rəzil olmadılar
Möcüzə baş vermədi, Azərbaycan çempionu İngiltərə nəhənginin təzyiqinə tab gətirə bilmədi. Çempionlar Liqasının 9 yaşlı debütant komandasının, bu turnirin 3 qat qalibi qarşısında şansı olmadığı gün kimi aydın idi. Bəli, “Sabah” bacardığını etdi, di gəl ki rəqib ayrı səviyyənin yiyəsi idi. İki illik fasilədən sonra dünyanın ən nüfuzlu klub turnirinə qayıdan “Mançester Yunayted” doğma publika…
-
Çobanın könlü olsa…
Gözümüzü açdıq-yumduq, premyer-liqanın 4-cü turu da arxada qaldı. Üç dövrədən ibarət çempionatda dörd tur qüvvələr nisbətini müəyyənləşdirmək, ciddi mühakimələr yürütmək, dərin təhlillər etmək üçün yetərsiz görünə bilər. Amma illərdi Azərbaycan futbolunun içindəyik. Yalan olmasın, futbolçusunu da, məşqçisini də, hətta klub rəsmilərini də yaxşı tanıyırıq. Ona görə də kimin nəyə qadir olduğunu, kimin hansı məqsəd uğrunda…
-
Nostalgiya
Nostalgiya hissinə bu sözün mənasını tineycer dövrümədək bilməyəcək/öyrənməyəcək qədər uzaq idim. İndi gərgin şüurumu ən çox oxşayan hal nostalgiyadır. Aleks Ferqyusson kimi saqqız çeynəmək istəyi “futbol xəstələri” üçün heç də yad deyil. “Mançester Yunayted” kritik vəziyyətdə qol vuranda kameralar ser Aleksə tərəf tuşlanmağı vacib sayırdı. Çünki ya professorun hansısa rotasiyasından, ya əvəzetmədən, ya da taktiki…
-
“Sumqayıt”ı bu günə kim saldı?
Azərbaycan Premyer Liqasında IV tur arxada qalıb, “Sumqayıt” isə hələ də xal üzünə həsrətdir. Komanda II turda “Sabah”la oyunu təxirə salındığı üçün indiyədək üç matç keçirib: “Neftçi”yə 1:3, “Qarabağ”a 0:1, son olaraq isə “Turan Tovuz”a 1:2 hesabı ilə uduzub. Üç oyun, üç məğlubiyyət, vurulan 2, buraxılan 6 qol və sıfır xal. “Sumqayıt” hazırda turnir cədvəlinin…
-
“Sabah” niyə “Olimpiya”nı seçdi?
Azərbaycanlı futbolsevərləri sevindirəcək xəbər gəldi. Əslində üzülən, narazı qalanlar da az deyil) “Sabah” – “Barselona” oyunu Bakı Olimpiya Stadionunda keçiriləcək. Adıçəkilən idman qurğusunun tutumu 68000 nəfərdir. Qarşılaşma 25 noyabr 21:45-də start götürəcək. “Bayquşlar” digər rəqiblərini də BOS-da qəbul edəcək. Açığı, BOS-u heç vaxt bəyənməmişəm. Düzdü, klubu qınamaq olmur. Tələb təklif məsələsidir. Amma bu boyda ÇL-i…
-
A kişi, bu nə (q)oyundur, meydanda?!
“Kəpəz” yenilənmiş və hazırda Azərbaycanın ən yaxşı üç stadionundan biri sayıla biləcək Gəncə Stadionunda ikinci oyununa çıxır. 15 minə yaxın azarkeş tribunaları doldurur. Və siz özünüzdən heç də güclü olmayan “Şamaxı”ya qarşı meydanda biabırçı, ruhsuz və alçaldıcı futbol göstərib 1:4 hesabı ilə məğlub olursunuz. 1:4! Öz meydanında. 15 minə yaxın azarkeşin qarşısında. İlk 20 dəqiqə:…
-
“Xəyal adası” tragikomediyası
“Sabah” klubunda yerli futbolçulara o qədər “diqqət və qayğı” göstərilir ki, hətta ağır zədə almış Xəyal Əliyevi də Çempionlar Liqasının iştirak ərizəsinə salmağa ehtiyac yaranıb. ) Bəli, söhbət meydanda oynamağa hazır olmayan futbolçudan gedir. UEFA-nın 2026/2027 mövsümü üçün Çempionlar Liqasının reqlamentinə əsasən, klublar “A” siyahısında maksimum 25 futbolçu qeydiyyatdan keçirə bilərlər. Bu siyahıda ən azı…
-
Gənclər Liqası biabırçılığı
AFFA-dakılar hara baxır? Dünən AFFA Gənclər Liqasının (U-19) oyununa getmişdim. Gördüklərimdən sonra bir daha əmin oldum ki, uşaq futbolundan yalandan danışırlar, strategiyanın önəmliliyindən filan boş söhbətlərdir. UEFA Gənclər Liqasında iştirak edəcək “Qarabağ”ın (U-19) və bu mövsüm əsas komandası avrokuboklarda iştirak etmiş “Zirə”nin 19 yaşlılardan ibarət heyətlərinin oyunu idi (2:2). Matç Sərhədçi İdman Kompleksinin stadionunda keçirilirdi.…
-
Adıgözəlov gilin “Moneyball strategiyası”
“Sabah”ın prezidenti Maqsud Adıgözəlov müsahibə verib, deyib ki, biz klubun inkişafında “Moneyball strategiyası”ından istifadə etdik. Şərhlərdə müəllimi təzə savadlı söz işlətməklə əlaqədar təbrik ediblər. Ancaq nə jurnalistin əlavəsində, nə də elə şərhlərdə bu nəmənə anlayışdı, nə strategiyadır, nə fəlsəfədi?! – izahatını görə bilmədim. Ona görə də, zərurət bilib, paylaşım dedim: Futbolda “Moneyball” fəlsəfəsi sadə dillə…

