Azərbaycan futbolu: xəbərlər və təhlillər
AZFUTBOL-un Azərbaycan futbolu haqqında son xəbərləri, müəllif yazıları və təhlilləri. Premyer Liqa, milli komanda, klublar və futbol idarəçiliyi üzrə materialları bu arxivdən oxuya bilərsiniz.
Mövzular üzrə: Gəncə futbolu · AFFA və futbol idarəçiliyi.
-
1,8 nəfər azərbaycanlının oynadığı Sabah’ımız
“Sabah”ın Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanması, şübhəsiz ki, son illərdə Azərbaycan klub futbolunun ən böyük uğurlarından biridir. Baş avrokubokun əsas mərhələsinə ilk dəfə yüksələn Bakı təmsilçisi ölkəmizə nüfuz, reytinq xalları və büdcəsinə ciddi maliyyə gəlirləri qazandırıb. Lakin bu uğurun diqqətdən kənarda qala bilməyəcək bir tərəfi də var. Söhbət klubun bu qədər yüksək səviyyədə çıxışının…
-
İmkan verin, sarı saçlı, “Iphone 17”li bu oğlan…
İlin əvvəlində bəh-bəhlə uzaq Amerika qitəsinə yola saldığımız Nəriman Axundzadə “xəyallar ölkəsi”ndə yarım il duruş gətirə bildi. “Kolumbus Kryu”nun heyətində 10 oyunda 357 dəqiqə forma şansı qazanmaqla 1 qol ötürməsi verən Azərbaycan millisinin üzvü yayda iş yerini dəyişmək qərarına gəldi. ABŞ-ni tərk edib illərin dostu Toral Bayramovun yanına – Türkiyəyə üz tutdu. “Ərzurumspor”la icarə əsasında…
-
Gəncə fanatlarının təzyiqinə kim tab gətirə biləcək?
Gəncədə hansısa komandanın, istər “Qarabağ” olsun, istər “Sabah”, ya “Neftçi”, “Kəpəz”i udması çətin olacaq, bəlkə də mümkünsüz. Demirəm “Kəpəz” əjdəhadır, möhtəşəm oyun göstərir, xeyr, komandada boşluqlar çoxdur və ümid edirik ki, düzələcək. Məsələ bundadır ki, Gəncədə futbol fanatlarının qarşısında ən soyuqqanlı klub da davam gətirə bilməyəcək. Kaş bugünkü azarkeş coşqusunu stadionda öz gözlərinizlə görəydiniz. Tribunalar…
-
Özünü Bakıdan kənarda təsdiq edən layihə: “Qəbələ”nin 21 illik izi
2005-ci ildə Azərbaycan futbolunun xəritəsinə yeni bir klub daxil olur. Nəticədə bölgənin futbol arzusu böyüyür, uşaqlara stadionun yolu göstərilir, ölkə futbolunda özünəməxsus məktəb formalaşdırılır… Azərbaycan futbolunda uzun illər əsas ağırlıq Bakıda çıxış edən klublarının üzərində olub. “Qəbələ” isə bu stereotipi dəyişən önəmli layihələrdən biridir. Vaxtilə avrokubok gecələri, Premyer Liqada medallar uğrunda mübarizə, uşaq futbolu, milli…
-
“Qarabağ” yeni liderini tapacaqmı?
“Qarabağ”dan böyük futbolçu olmamalıdır. Bu komanda artıq Avropada kifayət qədər tanınır. Belə bir klubda boşluq buraxmaq nüfuza, imicə vurulan zərbə olacaq. Oynamaq, uğur qazanmaq istəyən futbolçu qalmalıdır komandada. “Qarabağ”da Zubirin gedişindən sonra liderin olmadığı aşkar hiss olunur. Yankoviçin fikri başqa yerdədir, Kadi şıllaq atmağa meyilli olub. Onlardan lider olmayacaq. Yeni lider özü haqda “Sumqayıt”la oyunda…
-
İşi zirvədə buraxmaq…
Deməli, deyirlər ki, Qurban Qurbanova dəstək olmaq lazımdır. Məncə, Qurbanova yetərincə dəstək olub. Ən sadə xalq nümayəndəsindən tutmuş, prezidentə qədər. Qurbanov bu dəstək sayəsində 12+ ildir öz postundadır. Qurbanov bu dəstək sayəsində ilk 5 ildə xüsusi bir uğur qazanmasa da heç kim ona nəsə demirdi. Qurbanov bu dəstək sayəsində özünə kifayət qədər əlaqələr, imkanlar, şirkətlər…
-
Kaşukdan başlayan səhvlər zənciri, yoxsa xəyanət?
…90+1-ci dəqiqədə “Qarabağ”ın qapısına cərimə zərbəsi təyin olunur, müdafiədən çıxarılan top Kaşukun ayağına düşür, ukraynalı ilə eyni zamanda Muaddib, Montel və Bolt da irəli şığıyır. Artıq meydanın rəqibə aid hissəsində olan Kaşuk ən uyğun mövqedə qərarlaşan Muaddibə ötürmə vermək, qapıya zərbə vurmaq, driblinqə əl atmaq əvəzinə ləngiyir, Bryunsla Pyatsanın topu ələ keçirmək ehtimalından çəkinərək topu…
-
Qurban Qurbanov Duranı zorla satıb?
“Qarabağ”ın 12 illik möhtəşəm seriyası bitdi. Və camaatımız əlinə balta alıb asıb-kəsir Qurban Qurbanovu. İttiham bəllidir: futbolçuları satdığı üçün belə oldu. Və ittihamlardan belə nəticə hasil olur ki, məsələn, Duran “Qarabağ”da qalmaq istəyirmiş, amma Qurban Qurbanov onu zorla satıb ki, pul qazansın. Bilmirəm, yəqin ki, dünyada bütün azarkeşlər elə azərbaycanlılar kimidir, hansısa futbolçu satılanda baş…
-
Bu, sıradan bir məğlubiyyət deyil. Bu, növbəti bir sınaqdır…
12 il ərzində Qurban Qurbanov hər dəfə bu qapını müxtəlif açarlarla açırdı. Azərbaycan futbolunu Avropanın əsas səhnəsinə çıxarırdı. 12 il ərzində bir dəfə də olsun həmin qapının kənarında qalmadı. Bu gün isə qapı açılmadı. Bəlkə də ən ağır olan məhz budur. Çünki azarkeş öyrəşir. Uğura, Avropaya, son ana qədər mübarizəyə, Qurban Qurbanovun komandasının orada olmasına…
-
“Qarabağ” “Tvente”yə yox, “Sabah”a uduzdu…
Əslində, “Qarabağ” üç gün öncə uduzmuşdu. Klub rəhbərliyi cəm şəkildə “Sabah”ın “Hapoel”lə matçına gedəndə illərdir daşıdığı estafeti özləri də fərqində olmadan son çempiona ötürmüşdü… Müharibə dövrünü çoxdan geridə buraxmışıq və meydanda mübarizə aparan Azərbaycan Silahlı Qüvvələri deyildi. Bu addım idman həmrəyliyi kimi düşünülə bilər, amma dünyanın heç yerində çempionluq uğrunda mübarizə aparan rəqiblərin bir-birinə bu…
-
Ya Qurban Qurbanov doğulmasaydı?..
Qurban Qurbanov futbolçu karyerasını başa vurandan sonra həyatını analiz edərkən özünə bəzi suallar verib. Deyir, hərdən düşünürdüm ki, mən heç doğulmaya da bilərdim. Doğulmuşamsa, deməli, hansısa missiyam var. İndi gəlin bu suala cavab tapaq: – Qurban Qurbanov doğulmasaydı, nə baş verərdi? Sadəcə, 1972-ci ilin demoqrafik göstəricilərində bir rəqəmmi dəyişərdi? Yoxsa mərhum Güləbatın ana çoxuşaqlı qadın…
-
“Legioner bazarlığı”
“Qarabağ” hamıdan fəaldı Azərbaycan Premyer Liqası klubları transfer çalışmalarını davam etdirir. Çempionatda iddialı kollektivlər fəal, digərləri isə təmkinli davranır. Legioner limitinin ləğvindən sonra üstünlüyü əcnəbilərə verən klublar artıq bir çox xarici futbolçu keçidini reallaşdırıb. Legioner limiti ilə bağlı rəsmi qərar: AFFA, 3 fevral 2025. “Transfer pəncərəsi”ndə ən çox legioner gətirən klub “Qarabağ”dır. Konfrans Liqasına vida…
-
Ruslan Məmmədov “Kəpəz”dən göndərilib – EKSKLÜZİV
“Kəpəz”in İdarə Heyətinin yeni sədri Anar Abdullayevin təlimatı əsasında Fərman Əlizadənin kadrlarının klubdan yavaş-yavaş yola salınmasına start verilib. İlk olaraq Əlizadənin əsas adamı, klubun icraçı direktoru Ruslan Məmmədov işdən çıxarılıb. Məmmədov avqustun ilk günlərində vəzifəsindən azad edilsə də, klub tərəfindən ictimaiyyətə bu barədə məlumat verilməyib. Fərman bəy onu qorumağa çalışsa da, Abdullayevə gücü çatmayıb. Son…
-
Litin şiti çıxanda və ya Dambrauskas İTV-nin “Milyonların şousu” verilişinə çağırılsın!
Valdas Dambrauskasın 2002-ci ildə Litvada “Kim milyonçu olmaq istəyir?” verilişində 4000 Litva litı qazanması və həmin pulla İngiltərəyə gedərək məşqçilik təhsili alması, doğrudan da maraqlı həyat hekayəsidir. Amma etiraf edək ki, artıq bu “lit”in bir az “şiti çıxır”. Dambrauskas haqqında demək olar ki, hər yeni yazıda eyni 4000 lit, eyni veriliş, eyni İngiltərə hekayəsi… Yaxşı,…
-
“Qarabağ”a şou lazımdır, yoxsa sabitlik?!
“Qarabağ” bu mövsüm avrokubokların Liqa mərhələsində olmayacaq. “Tvente”dən alınan məğlubiyyətdən sonra bu acı həqiqəti qəbul etməli olduq. Məğlubiyyətin səbəbləri haqda uzun-uzadı danışmaq, yazmaq olar. Ağzı olanın danışdığı, telefonu olanın “status-şərh” yazıb, “Qarabağ”ı qınadığı məmləkətdə bundan asan heç nə yoxdur. Ona görə də mən bu işlə məşğul olmağa çox da həvəsli deyiləm. Olanlar keçmişdə qaldı, onu…
-
Futbolun milliyəti yoxdur!
Tellur Mütəllimov “Sabah”ın heyətində qol vurur, bir dəstə adam düşür ortaya ki, “Baxın, azərbaycanlı futbolçu! Baxın, biz də futbol oynaya bilirik! Baxın, legionerlərə limit qoymaq lazımdır!” Əəə, bəsdir də!! Əə, qurtarın da! Bu ölkədən başqa heç bir yerdə əcnəbi-yerli söhbəti yoxdur e. Futbolun milliyəti yoxdur! Yox, deyirsizsə, var, onda cəmi azərbaycanlıların oynadığı milli komanda niyə…
-
Daxildə rəqibik, kənarda yox
“Sabah”ın oyununda stadion dolu idi. Eynən “Qarabağ”ın oyununda olduğu kimi. Böyük ehtimalla, elə “Sabah”ın oyununa gələnlərin əksəriyyəti “Qarabağ”ın avrokubok qarşılaşmalarında arenada olan azarkeşlər idi. Azərbaycanlı azarkeş üçün beynəlxalq qarşılaşmalar zamanı hansı komandanın oynamasının əhəmiyyəti yoxdur. Əsas odur ki, Azərbaycan komandası oynayır. Nə gözəl. Mən, “bir komandanın azarkeşi avrokuboklarda digər komandaya azarkeşlik etməməlidir” iddiasını qəbul etmirəm.…
-
Bir gecənin möcüzəsi yoxsa, Dambrauskas fenomeni: “Sabah” necə tarix yazdı?
90+4-cü dəqiqə. Hesab 2:2. Ümumi nəticədə “Sabah” hələ də Çempionlar Liqasının əsas mərhələsindən uzaqdır. Bir neçə saniyə sonra isə hər şey dəyişir. Tellur Mütəllimov topu tora göndərir, “Tofiq Bəhramov” stadionu ayağa qalxır. “Sabah” əvvəlcə oyunu xilas edir, sonra isə tarix yazır. Futbolda belə anları “möcüzə” adlandırmaq asandır. Son saniyələrdə vurulan qol, əlavə vaxt, dramatik dönüş…
-
Son nəfəsədək
Bu, təkcə bir futbolçunun deyil, bir döyüşçünün hekayəsidi. Hər addımında, hər nəfəsində “Sabah”ın ruhunu hiss etdirən bu polşalı, sadəcə sol cinahı qorumur, o, bu komandanın döyünən ürəyidi. Təqdim etdiyimiz ikonik foto, bir savaşın sonunda, bütün gücünü meydanda qoyan Timoteuş Puxaçın təbii portretidi. O, sadəcə qazonun üzərinə yıxılmayıb; o, komandası üçün canını fəda edərək, son enerjisini…
-
Limiti ləğv edən “Sabah” elə limitlə ÇL-ə getdi…
Bu barədə bir qədər sonra. “Sabah”ın Çempionlar Liqasında nə işi var? İndi əksəriyyət gizlənə, ona-buna söz ata bilər. Amma dürüst olsaq, aylar əvvəl əksəriyyətimiz bunu düşünürdük, bir-birimizə eyni sualı verirdik. Kifayət qədər də əsasımız vardı. Çünki 20 ilə yaxındır Avropada normal nəticəni, bir qayda olaraq, “Qarabağ” verib. “Qəbələ” iki dəfə ardıcıl qrupda çıxış etsə də,…

