Gəncə fanatlarının təzyiqinə kim tab gətirə biləcək?

Gəncə fanatlarının təzyiqinə kim tab gətirə biləcək? — illüstrasiya

Gəncədə hansısa komandanın, istər “Qarabağ” olsun, istər “Sabah”, ya “Neftçi”, “Kəpəz”i udması çətin olacaq, bəlkə də mümkünsüz.

Demirəm “Kəpəz” əjdəhadır, möhtəşəm oyun göstərir, xeyr, komandada boşluqlar çoxdur və ümid edirik ki, düzələcək.

Məsələ bundadır ki, Gəncədə futbol fanatlarının qarşısında ən soyuqqanlı klub da davam gətirə bilməyəcək. Kaş bugünkü azarkeş coşqusunu stadionda öz gözlərinizlə görəydiniz. Tribunalar hayqırırdı…

Azərbaycanda ikinci bir klub tanımıram ki, öz komandasını bütün stadionla coşdursun. Stadion da ki, stadiondur də! Gözəl, möhtəşəm, Gəncənin adına layiq.

Hər şeydən danışdım, nəticədən yox. “Kəpəz” medallara iddialı “Turan”ı məğlub etdi. Yeri gəlmişkən, media sektorunda həmkarlarımla oyun başlamazdan əvvəl söhbət edəndə dedim ki, ürəyimə damıb, Gəncə 1:0 hesabı ilə qələbə qazanacaq…

Təbrik edirəm Gəncə! Təbrik edirəm “Kəpəz” azarkeşləri! Siz möhtəşəm idiniz!

Hamlet QASIMOV

Gəncə fanatlarının təzyiqinə kim tab gətirə biləcək? — illüstrasiya

Yazılarımız maraqlı gəlir?
Abunə ol, e-mailinə həftənin

ən maraqlı yazılarını seçib göndərək.

← Back

Your message has been sent

Şərhlər

Fikirlərini bizimlə bölüş!