“Qarabağ” yeni liderini tapacaqmı?

“Qarabağ” yeni liderini tapacaqmı? — illüstrasiya

“Qarabağ”dan böyük futbolçu olmamalıdır. Bu komanda artıq Avropada kifayət qədər tanınır. Belə bir klubda boşluq buraxmaq nüfuza, imicə vurulan zərbə olacaq.

Oynamaq, uğur qazanmaq istəyən futbolçu qalmalıdır komandada. “Qarabağ”da Zubirin gedişindən sonra liderin olmadığı aşkar hiss olunur. Yankoviçin fikri başqa yerdədir, Kadi şıllaq atmağa meyilli olub. Onlardan lider olmayacaq.

Yeni lider özü haqda “Sumqayıt”la oyunda işarə verdi – Jali Muaddib. Aşkar hiss olunur ki, komandanı öz ardınca aparmağa qadirdir. Mübarizə aparır, vuruşur, qələbəyə, uğura acdır.

“Qarabağ”da yeni komanda formalaşır. Yeni komandanın yeni liderə ehtiyacı var. Bu komanda Muaddibin ətrafında qurulmalıdır. “Qarabağ”dan böyük futbolçu yoxdur. Ab-havanı pozanlar göndərilməlidir.

Natiq MUXTARLI

“Qarabağ” yeni liderini tapacaqmı? — illüstrasiya


Yazılarımız maraqlı gəlir?
Abunə ol, e-mailinə həftənin

ən maraqlı yazılarını seçib göndərək.

← Back

Your message has been sent

Şərhlər

Fikirlərini bizimlə bölüş!