,

Futbolun milliyəti yoxdur!

Tellur Mütəllimov “Sabah”ın heyətində qol vurur, bir dəstə adam düşür ortaya ki, “Baxın, azərbaycanlı futbolçu! Baxın, biz də futbol oynaya bilirik! Baxın, legionerlərə limit qoymaq lazımdır!”

Əəə, bəsdir də!! Əə, qurtarın da! Bu ölkədən başqa heç bir yerdə əcnəbi-yerli söhbəti yoxdur e. Futbolun milliyəti yoxdur!

Yox, deyirsizsə, var, onda cəmi azərbaycanlıların oynadığı milli komanda niyə bu gündədir?

Niyə Elvin Cəfərquliyev, Tellur və digərləri azərbaycanlıların olduğu milli komandada “şir”ə dönmür? Niyə millinin lideri ola bilmirlər, niyə xal, xallar qazandıra bilmirlər? Bəsdir dəə! Əə, qurtarın da!

“Qarabağ”ın, “Sabah”ın azərbaycanlılara yaşatdıqları qələbələrə, sevincə görə baş məşqçiləri qədər bütün əcnəbi futbolçularına minnətdar olmalıdır azərbaycanlılar.

Hardadır bir dəfə avrokubokda qol vurdu deyə, milli qəhrəmana çevirdiyiniz Nəriman Axundzadə? İndi kimsə yazacaq ki, uşaq futbolu )

Məsələ uşaq futbolu da deyil. Azərbaycan heç bir sahədə dünya səviyyəli – uğurlu insan yetişdirə bilmir. Qəbul etsəz də, etməsəz də. Yormayın içi boş fikirlərlə insanları.


Yazılarımız maraqlı gəlir?
Abunə ol, e-mailinə həftənin

ən maraqlı yazılarını seçib göndərək.

← Back

Your message has been sent

Şərhlər

Fikirlərini bizimlə bölüş!