AZFUTBOL bannerı

Azərbaycan futbolu: xəbərlər və təhlillər

AZFUTBOL-un Azərbaycan futbolu haqqında son xəbərləri, müəllif yazıları və təhlilləri. Premyer Liqa, milli komanda, klublar və futbol idarəçiliyi üzrə materialları bu arxivdən oxuya bilərsiniz.

Mövzular üzrə: Gəncə futbolu · AFFA və futbol idarəçiliyi.

  • Uğurlu “Bayquş”!

    Çempionlar Liqası tarixinin ikinci ən gənc klubu Dramatik matçda xarakter və yüksək qələbə əzmi nümayiş etdirən “Sabah” pley-off mərhələsinin cavab görüşündə “Hapoel”i (Beer-Şeva) 5:2 hesabıyla məğlub edib. Beləliklə, ilk oyundakı 1:2 hesablı məğlubiyyətin revanşını israillilərdən alan Azərbaycan təmsilçisi Çempionlar Liqasına vəsiqə qazanıb. “Bayquşlar” oyunun gedişində qapıçı Stanislav Pakatilovun səhvləri ucbatından çətin vəziyyətə düşmüşdülər. Əsas vaxtın…

  • “Rəhim Həsənov komediyası”nı bitirmək vaxtıdı

    Ötən bazar “Turan Tovuz” – “Şamaxı” oyununda (0:0) yaşanan məlum qalmaqala görə baş hakim Rauf Cabbarovu qınamıram. O, olduğu mövqedən görməyə bilərdi. Tutaq ki, laynsmen də görmədi. Amma VAR hakimləri hara baxırdı?! Təqdim etdikləri görüntüdən belə topun qapı xəttini tam keçdiyi, hətta az qala yarım metr içəridə olduğu görünür. Yaxşı, tam əmin deyilsinizsə, baş hakimi…

  • Azərbaycan futbolunun VAR-ı və yoxu

    “Turan Tovuz”un hələ “Turan” olan vaxtlarında Naci Şensoy adlı türkiyəli baş məşqçisi var idi. Komandasının AFFA tərəfindən haqsızlığa məruz qaldığını düşünüb, bir dəfə “elə etməsinlər ki, əlimə bomba alıb Bin Laden kimi gedib AFFA-nı partladım” şəklində açıqlama verdiyi deyilir. İndi Tovuzda nə Şensoy var, nə də AFFA rəhbərliyi həminkidir. Amma… Mövsüm yenicə start götürüb, “Turan…

  • Sahibsiz klub

    Bu gün “Kəpəz” yerli klublar arasında sərəncamında ən yaxşı stadionlardan və bazalardan birinə malikdir. Üstəlik, gəncəlilər ölkənin ən qocaman klublarından biri olaraq böyük ənənələrə sahibdirlər. Bütün bunlara baxmayaraq, klubun idarə olunması son vaxtlar heç də ürəkaçan durumda deyil. Yaxınlarda klub rəhbərliyində növbəti dəyişiklik baş verib. İyulun 3-də kluba təyinat alan Anar Abdullayev yeni rəhbər olub.…

  • “Turan”ın və “Kəpəz”in qurban verildiyi sistem: Futbolumuzda yeni “kadr” əsarəti

    Demişdik axı, bizdə gələn gedənə dua oxutdurur. Odu ki, çəkinmədən söyləyək: Elxan Məmmədova min şükür! Halbuki o, AFFA-nı tərk edəndə az qala bütün futbol camiəmiz, azarkeşlər toy-bayram edirdi. Nəhayət, futbolumuzun bəlalarının əsas baiskarı hesab olunan şəxs və ətrafı keçmişdə qaldı. Gəl ki, ötən zaman kəsiyində heç nə dəyişmədi. Əksinə, vəziyyət daha acınacaqlı hal aldı! Bu…

  • Yerli futbol “demoqrafiyasında” böhran

    AFFA İcraiyyə Komitəsinin 2025-ci ilin fevralında keçirilən iclasında legioner limiti ləğv edildi. Klublar qərarı dəstəklədi, futbol ictimaiyyəti isə birmənalı fikir bildirmədi. Kimisi qərarın lehinə oldu, kimisi narazılığını söylədi. Legioner limiti ilə bağlı rəsmi qərar: AFFA, 3 fevral 2025. Qaydanın tətbiqindən artıq iki il vaxt keçib. Mütəxəssislər limitin ləğvinin klublar üçün faydalı olduğunu düşünür. Çempionun dəyişməsi,…

  • Qurbanovun oyunu oxuması…

    Hamı “Qarabağ”dan danışır. Bəlkə də əvvəlki heyət olsaydı, ağdamlıların səfərdə “Tvente”ni 1:0 məğlub etməsi bu dərəcədə əks-səda doğurmazdı. Lakin aparıcı futbolçuların bir neçəsinin komandanı tərk etməsi, Qurban Qurbanovun sərəncamında olanların çoxunun zədədən əziyyət çəkib, vərəqə cəzalısı olması fonunda Niderlandda əldə olunan zəfər bayram ab-havası yaratdı. Hamını bu sual düşündürür. Necə oldu ki, yarımcan “Qarabağ” səfərdə…

  • Maludanın, Duranın dalınca baxma!

    Bu yay “Qarabağ”ı “Seltik”ə dəyişən Kamilo Duran uyğunlaşma dövrünü gözləniləndən də tez arxada qoyub. Kolumbiyalı hücumçu artıq təkcə Şotlandiya premyer-liqasında və ölkə kubokunda yox, Çempionar Liqasında da özünü göstərə bilib. Çempionlar Liqasında “Seltik”in LASK-a qarşı keçirdiyi oyun Duran üçün xüsusilə parlaq alınıb. Onun komandası 3:0 hesabıyla qələbə qazanıb ki, rəqibin qapısına vurulan qollardan ikisinin müəllifi…

  • “Sabah”ın iki 1:2-si – oxşar və fərqli cəhətlər

    “Sabah” pley-offa da səfər məğlubiyyəti ilə başladı. Amma budəfəki 1:2-nin “Orhus”la oyundakından fərqi var. Mənə elə gəlir ki, indi Azərbaycanın futbol ictimaiyyəti əsas mərhələyə vəsiqənin taleyi baxımından əvvəlki qədər nikbin deyil. Bu üzdən iki 1:2-nin oxşar və fərqli cəhətləri üzərində dayanacağıq. Yeganə oxşar cəhət hesabdı. Yəni “Sabah” Randersdə də 1:2 uduzdu, Buxarestdə də. “Orhus”la oyundakı…

  • 11 oğul istərəm…

    – İşləri-gücləri qurtarıb, niyə baxacaqlar? – Niyə baxacaqlar yox, nəyə baxacaqlar? Bəli! (“Bəxtiyar” filmindən) Millimizin baş məşqçisi Ayxan Abbasov Rumıniyanın paytaxtı Buxarestə səfərə yollanıb. Bu səfər zamanı Ayxan bəyi A milli komandanın direktoru İlqar Qurbanov müşayət edib. Çox güman ki, bu səfər “Sabah”ın “Hapoel”lə qarşılaşmasını izləmək məqsədi ilə təşkil olunub. Amma “Sabah”ın heyətində yerli futbolçuların,…

  • Kamilo Duran və reallıqlar…

    Kamilo Duranın tez bir zamanda “Seltik”də parlamasının, qollarını sıralamasının ancaq özünə, bir də gələcəkdə Kolumbiya millisinə faydası var. Hazırda 24 yaşı olduğunu nəzərə alaraq, bu uğurlu seriyanı davam etdirəcəyi təqdirdə “Böyük beşlik” liqalarından birinə gedəcəyini ehtimal etmək elə də çətin deyil. Futbolçunun təklif gəldiyi anda qərar verməsi, “Seltik”ə dərhal “hə” deməsi başadüşüləndir. Məsələn, mən də…

  • “Qarabağ”ın layiq olduğu istirahət… Və ya, “tutar qatıq, tutmaz ayran”

    “Qarabağ” bu gün avrokuboklarda ən çox görüşdüyü komandalardan olan “Tvente” ilə səfər oyununa çıxır. Enshedelilərdən daha çox qarşılaşdığımız yeganə rəqib Tiraspol “Şerif”idir. “Köhlən atlar” bu mövsüm 15-ci dəfə pley-off mərhələsini görəcək. 18-ci mövsümə qədəm qoyan Qurban Qurbanov “era”sında 15-ci pley-off. Azərbaycan kimi futbolu ilə fəxr edə bilməyən bir ölkədən çıxıb belə bir nəticə göstərmək inanılmazdır.…

  • Cəfərquliyev asfaltda, Fərəcullayev Bayılda: Bəs Gürcüstan harada?

    “Qarabağ”ın futbolçusu Elvin Cəfərquliyev deyir ki, əsas komandadan uzaqlaşdırıldıqdan sonra əvəzedici heyətlə birlikdə asfalt üzərində məşq edib (https://www.instagram.com/reel/DcA8_IfNprP/…). Bilirsinizmi harada? “Sərhədçi” İdman Mərkəzində. Orada həm də “Qarabağ” Futbol Akademiyasının uşaq komandaları hazırlıq keçir. Yəni, ölkənin ən titullu klubunun infrastrukturu asfalt üzərində qurulub. Lap tutaq ki, Cəfərquliyev mübaliğəyə yol verir. Bəs AFFA “Sabahın ulduzları” adlı yeniyetmələr…

  • Gəncə derbisi olacaq – EKSKLÜZİV

    Avrokuboklardakı çıxışına görə “Qarabağ” ilə çempionat oyunu təxirə salınan “Kəpəz” yoxlama görüşü keçirəcək. “Sarı-göylər”in rəqibi şəhərin digər təmsilçisi “Gəncəbasar” olacaq. I Liqanın iştirakçısı ilə matç Gəncə stadionunda avqustun 23-nə təyin edilib. Bununla da yoxlama oyunu olsa belə Gəncə futbolunda ilk derbi həyacanı yaşanacaq.

  • “Şəfa”da sözlə əməl arasında uçurum: Kənan Sadıqlı nə deyirdi, nə edir?

    Premyer Liqanın debütantı “Şəfa” ilk oyununda meydanı başıaşağı tərk etdi. Paytaxt təmsilçisi səfərdə “Zirə”yə 0:2 hesabı ilə məğlub oldu. Zaur Həşimovun komandası rəqibin iki qoluna nə cavab verə bildi, nə də meydanda debütant statusuna yaraşan ciddi müqavimət göstərdi. Amma “Şəfa”nın ilk oyunu təkcə nəticə ilə yox, klub rəhbərliyinin əvvəlki açıqlamaları ilə də diqqət çəkdi. Çünki…

  • Böyük klubdan kiçik vida: “Qarabağ” Zubiri niyə urvatsız yola saldı?

    Abdullah Zubir 7 ildən sonra “Qarabağ”dan ayrıldı. 7 il! Bu müddətdə neçə çempionluq, neçə kubok, neçə tarixi avrokubok oyunu, neçə böyük qələbə yaşandı. Ən əsas Azərbaycan futbolu üçün zirvə adlanan UEFA Çempionlar Liqasının liqa mərhələsinin adlanması, Zubirin də böyük zəhməti danılmazdır. Zubir həmin tarixlərin böyük hissəsində meydanda idi, əksər hallarda kapitan olaraq komandaya xidmət etdi,…

  • Sümerin yeni nağılları

    “Neftçi”nin Baş İcraçı Direktoru Cenk Sümer klubun mətbuat xidmətinə müsahibə verib. Əslində bu müsahibənin ortaya necə çıxdığını anlamaq çətin deyil. Burası ilə işim yox. Sual verən də, cavablayan da özləridir. Amma bu müsahibədə elə məqamlar var ki, onları bişmiş toyuğa danışsaq, həmin o bişmiş toyuq qəşş eləyib, özündən gedər. Ona görə də həmin məqamları Cenk…

  • Azərbaycan çempionatında azərbaycanlı futbolçu niyə qonaqdı?

    Bu gün start götürən 2026/27 mövsümünün açılış oyununda – “Turan Tovuz” – “Qəbələ” qarşılaşmasında meydanda gördüyümüz mənzərə Azərbaycan futbolunun gələcəyi ilə bağlı bir daha ciddi suallar doğurdu. Daha doğrusu, bu artıq sualdan çox, xəbərdarlıq siqnalıdı. Start heyətində meydana çıxan 22 futbolçudan cəmi ikisi azərbaycanlıdı. Qalan 20 futbolçu legionerdi… Məntiq deyir ki, bu, Azərbaycan çempionatıdırsa, Azərbaycan…

  • Premyer Liqada əcnəbi sevdası

    Mövsümlər arası fasilədə 12 klubumuz 59 legionerlə yolları ayırıbsa, əvəzində 62 əcnəbi transfer edib. Hətta gələnlərin siyahısı mütləq genişlənəcək. Bu gün düşərgələrdə olan, amma rəsmi açıqlanmayan ən azı 6-7 legioner var. Biz hələ legioner limitin ləğvinə hazırlıq gedəndə deyirdik ki, qərar işbazların işinə yaramaqla bərabər, olub-qalan yerli oyunçuların da məhvinə səbəb olacaq. Legioner limiti ilə…

  • Kobud səhvlər edən hakimə sədrdən böyük etimad

    Bu gün Premyer Liqada 2026/27 mövsümünə start verilir. Hakimlər Komitəsi I turun təyinatlarını açıqlayıb. “Turаn Tovuz” – “Qəbələ” qarşılaşmasında Tural Qurbanov baş hakim, Cəmil Quliyev və Asiman Əzizli köməkçi hakimlər, Emin Əliyev isə dördüncü hakim olacaq. Elçin Məsiyev VAR, Gülnurə Əkbərzadə isə AVAR funksiyasını yerinə yetirəcək. Diqqətçəkən təyinat yan xətt hakimi Gülnurə Əkbərzadə ilə bağlıdır.…