AFFA İcraiyyə Komitəsinin 2025-ci ilin fevralında keçirilən iclasında legioner limiti ləğv edildi. Klublar qərarı dəstəklədi, futbol ictimaiyyəti isə birmənalı fikir bildirmədi. Kimisi qərarın lehinə oldu, kimisi narazılığını söylədi.
Legioner limiti ilə bağlı rəsmi qərar: AFFA, 3 fevral 2025.
Qaydanın tətbiqindən artıq iki il vaxt keçib. Mütəxəssislər limitin ləğvinin klublar üçün faydalı olduğunu düşünür. Çempionun dəyişməsi, avrokubok mübarizəsinin son tura kimi davam etməsi bunun əsas səbəblərindəndir.
Milli komandaya futbolçu seçiminin azalması, dəvət alanların oyun praktikasının azlığı, burda oynamayan, ancaq ehtiyatda qalmağa razılaşan, ölkə sərhədlərini aşa bilməyənlərin sayının artması da ölkə futbolunun inkişafına əngəllərdəndir.
Artıq bütün klublar transferlərdə üstünlüyü legionerlərə verir. Ötən ildən başlayan bu hal getdikcə artmaqdadır.
Bu mövsüm çempionatın I turunda klublar ümumilikdə 67 yerli futbolçuya meydanda şans verib. Bunların 37-si start heyətində yer alıb.
2026/27 mövsümü, I tur, yerli oyunçuların statistikası:
Turan Tovuz – Qəbələ 1:0
Turan Tovuz: startda 0, sonradan meydana çıxan 2
Qəbələ: startda 2, sonradan meydana çıxan 3
start 2, ehtiyatdan 5
Araz-Naxçıvan – İmişli 0:0
Araz-Naxçıvan: startda 3, sonradan meydana çıxan 2
İmişli: startda 5, sonradan meydana çıxan 3
start 8, ehtiyatdan 5
Sabah – Kəpəz 2:0
Sabah: startda 3, sonradan meydana çıxan 2
Kəpəz: startda 3, sonradan meydana çıxan 5
start 6, ehtiyatdan 7
Sumqayıt – Neftçi 1:3
Sumqayıt: startda 6, sonradan meydana çıxan 1
Neftçi: startda 5, sonradan meydana çıxan 1
start 11, ehtiyatdan 2
Zirə – Şəfa 2:0
Zirə: startda 3, sonradan meydana çıxan 3
Şəfa: startda 3, sonradan meydana çıxan 2
start 6, ehtiyatdan 5
Qarabağ – Şamaxı 3:1
Qarabağ: startda 1, sonradan meydana çıxan 2
Şamaxı: startda 3, sonradan meydana çıxan 4
start 4, ehtiyatdan 6
“Turan Tovuz” I turda start heyətdə yalnız legionerlərə yer verən yeganə klubdur. “Sumqayıt” isə ən çox – 6 yerli futbolçu ilə meydana çıxıb.
Bəs ötən mövsümdə I turda mənzərə necə idi? Həqiqətənmi, yerli oyunçular klublarda şans qazanmaqda çətinlik çəkir?
Misli Premyer Liqası, 2025/26 mövsümü, I tur, startda meydana çıxan yerli oyunçu sayları (“Sabah” – “Qarabağ” görüşü klubların avrokubok oyunlarına görə başqa vaxta təxirə salındığı üçün 5 oyun nəzərə alınıb)
İmişli – Turan Tovuz
İmişli: 3
Turan Tovuz: 5
8 yerli
Neftçi – Şamaxı
Neftçi: 3
Şamaxı: 1
4 yerli
Sumqayıt – Kəpəz
Sumqayıt: 4
Kəpəz: 3
7 yerli
Zirə – Araz-Naxçıvan
Zirə: 3
Araz-Naxçıvan: 2
5 yerli
Karvan-Yevlax – Qəbələ
Karvan-Yevlax: 3
Qəbələ: 5
8 yerli.
Bu mövsüm 6 oyunda 37 yerli futbolçu startda yer alıbsa, ötən “futbol ili”ndə bu rəqəm 5 oyuna 32 olub. Aşağı-yuxarı eyni haldır. Bəlkə, “Sabah” – “Qarabağ” matçı baş tutsaydı, startda olan yerli sayı daha az olacaqdı.
Yerli futbolçu “piştaxtası” getdikcə daralır/seyrəlir. Mənzərədən aydın olur ki, limit bunun baiskarlarından olsa da, əsas səbəb deyil.
Görünür, əksər klubların akademiya “yolavermələri” hələ də keyfiyyətli yerli futbolçu yetişməsinə əsas əngəldir.
Bu istiqamətdə tutarlı islahatlar gözə dəymir. Deməli, yerli futbolçu “demoqrafiyasında” böhran davam edəcək.
Mövzu üzrə digər yazılar: AFFA və futbol idarəçiliyi dosyesi.


Fikirlərini bizimlə bölüş!