“Rəhim Həsənov komediyası”nı bitirmək vaxtıdı

“Rəhim Həsənov komediyası”nı bitirmək vaxtıdı — illüstrasiya

Ötən bazar “Turan Tovuz” – “Şamaxı” oyununda (0:0) yaşanan məlum qalmaqala görə baş hakim Rauf Cabbarovu qınamıram. O, olduğu mövqedən görməyə bilərdi. Tutaq ki, laynsmen də görmədi.

Amma VAR hakimləri hara baxırdı?!

Təqdim etdikləri görüntüdən belə topun qapı xəttini tam keçdiyi, hətta az qala yarım metr içəridə olduğu görünür. Yaxşı, tam əmin deyilsinizsə, baş hakimi çağırmaq olmaz ki, gəl özün bax?!

Yəni, o qədər aşkar epizoddu ki, tam əminliklə deyəsən “Qol yoxdu”?!

“Rəhim Həsənov komediyası”nı da bitirmək lazımdı. Tutaq ki, hakimlər də səhv etdi, VAR-dakılar da.

Rəhim bəy çıxıb bu görüntüyə baxandan sonra “Aşkar görünmədiyi üçün doğru qərardı” deyirsə, bu, artıq camaatı dolamaqdan başqa bir şey deyil…

P.S. Oyunların gedişatında VAR hakimlərinə mübahisəli epizodlarla bağlı yalnız efirdə gedən yox, əlavə rakurslardan çəkilmiş görüntülər də təqdim edilir.

Anar ŞABANOĞLU

“Rəhim Həsənov komediyası”nı bitirmək vaxtıdı — illüstrasiya

Yazılarımız maraqlı gəlir?

Abunə ol, e-mailinə həftənin ən maraqlı yazılarını seçib göndərək.

← Back

Your message has been sent

Fikirlərini bizimlə bölüş!