Azərbaycan futbolu: xəbərlər və təhlillər
AZFUTBOL-un Azərbaycan futbolu haqqında son xəbərləri, müəllif yazıları və təhlilləri. Premyer Liqa, milli komanda, klublar və futbol idarəçiliyi üzrə materialları bu arxivdən oxuya bilərsiniz.
Mövzular üzrə: Gəncə futbolu · AFFA və futbol idarəçiliyi.
-
Cabir İbrahimov “Gəncəbasar”da – EKSKLÜZİV
Azərbaycan futboluna iddialı gəlmək istəyən “Gəncəbasar”da hazırda əsas diqqət struktur dəyişikliklərə yönəlib. Hər şeydən əvvəl peşəkar idarəetmə sistemi qurmaq istəyən klubun sahibləri tanınan futbol funksionerlərini işə cəlb etmək istəyirlər. AZFUTBOLun əldə etdiyi informasiyaya görə “Kəpəz”in İdarə Heyətinin sabiq sədri İlqar Nadiri ilə yanaşı Cabir İbrahimov da “Gəncəbasar” rəhbərliyində yer alacaq. “Kəpəz”dəki fəaliyyəti ilə önə çıxan…
-
“Fənərbağça” Gəncəyə gəlir? – EKSKLÜZİV
“Turan Tovuz” ilə “Fənərbağça” komandaları arasında keçiriləcək yoxlama oyunu Gəncəyə salına bilər. Qarşıdakı milli fasilədə baş tutacaq matçın yeri əvvəlcə Tovuz, sonra isə Bakı göstərildi. Hətta qərb təmsilçisinin rəhbərliyi də bu günlərdə görüşün paytaxtda reallaşacağını bildirdi. Bununla belə “Turan Tovuz”un rəsmiləri oyunun Gəncəyə salınması variantını da nəzərdən keçirirlər. Gəncə stadionunun bütün müasir tələblərə cavab verməsi,…
-
“Qarabağ”da “Şah” müəmması
Müqavilə bitib, əməkdaşlıq davam edir Son illərdə “Qarabağ”da çıxışları həmişə azarkeşlər arasında müzakirə yaradan Şahruddin Məhəmmədəliyevlə bağlı maraqlı vəziyyət yaranıb. Belə ki, qolkiperin Ağdam klubu ilə son müqaviləsi bu ilin iyununda bitib amma o, komandanı tərk etməyib. “Köhlən atlar”ın hazırda iştirak etdiyi avroturnirlərdə heyətdə yer alan Məhəmmədəliyevin durumu odur ki, müəmma yaradır. Əgər qapçı ilə…
-
Qurban Qurbanovun “Şəfa”ya jesti – EKSKLÜZİV
I Liqadan elitaya yüksələn “Şəfa” mövsümün əvvəlini Sumqayıtda keçirib, “Baku Arena” (köhnə “Şəfa” stadionu) hazır olduqdan sonra paytaxta dönəcək. Klub rəhbərliyinin ev oyunlarını bu stadionda keçirmək istəyi asanlıqla reallaşmayıb. Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilən idman qurğusuna görə klubun sahibi Emil İsgəndərovla prezident Kənan Sadıqlının döymədiyi qapı qalmayıb. Amma onlara hər dəfəsində “yox” deyilib. Bu stadiona…

