Azərbaycan futbolu: xəbərlər və təhlillər
AZFUTBOL-un Azərbaycan futbolu haqqında son xəbərləri, müəllif yazıları və təhlilləri. Premyer Liqa, milli komanda, klublar və futbol idarəçiliyi üzrə materialları bu arxivdən oxuya bilərsiniz.
Mövzular üzrə: Gəncə futbolu · AFFA və futbol idarəçiliyi.
-
Rail Məlikov millidə – EKSKLÜZİV
Yığmamızın sabiq üzvü Rail Məlikov millidə çalışacaq. AFFA rəhbərliyi “Araz-Naxçıvan”ın əsas komandasından ayrıldıqdan sonra klubda koordinator kimi çalışan məşqçiyə aşağı yaş qruplarından ibarət yığmalardan birini həvalə edəcək. Bu, çox güman ki, U-15 millisi olacaq. Çünki hazırda bu komandanın baş məşqçisi vəzifəsi vakantdır.
-
Faiq Cabbarov narkoloji dispanserə yerləşdirilib – EKSKLÜZİV
“Kəpəz”in və milli komandamızın sabiq futbolçusu Faiq Cabbarovun səhhətində ciddi problemlər yaranıb. Keçmiş müdafiəçi Gəncə Şəhər Rayonlararası Narkoloji Dispanserinə yerləşdirilib, müalicəsi palata şəraitində davam etdirilir. Vəziyyəti kafi qiymətləndirilir. Faiq Cabbarov bir müddətdir ki, alkoqolizmdən əziyyət çəkir.
-
“İğdırspor”un yeni formasında Qarabağ zəfəri nüansı
Türkiyə azərbaycanlılarının komandası “Iğdırspor” yeni mövsüm formalarını təqdim edib. Birinci liqaya iddialı başlayacaq “yaşıl-bəyazlılar”ın yeni geyim dəstində maraqlı məqam diqqətimizi çəkib. İğdırlı soydaşlarımız customs formasında qədim Göytürk əlifbasında yazılar, Ağrıdağı həkk etməklə yanaşı, bütün dünyada yaşayan azərbaycanlıların haqlı qürur mənbəyi Qarabağ zəfərini də vurğulayıblar. Belə ki, formanın arxasına Xarıbülbül həkk edilib. Yeni geyim tərzinin “İğdırspor”…
-
Elhad Nəziri “Gəncəbasar”da – EKSKLÜZİV
I Liqanın iştirakçısı olacaq “Gəncəbasar“ın baş məşqçisi məlum olub. Komandanı Elhad Nəziri çalışdıracaq. Millimizin sabiq oyunçusu ilə bir illik müqavilə imzalanacaq. B kateqoriyalı məşqçilik lisenziyasına malik gənc mütəxəssis “Səbail” və “Cəbrayıl” kimi klublarda işləyib. Nəzirinin məşqçilər korpusuna daxil olacaq adlar tam müəyyənləşməsə də, onlardan biri bəllidi. Bu, Gəncə futbolunun yetirməsi, “Kəpəz”dən ayrıldıqdan sonra karyerası uğurlu…
-
Fərman Əlizadənin uğursuz menecerliyi
Ötən futbol ilində “Kəpəz”də elə hadisələr baş verib ki, nəql edib yazmağa bir kitab bəs etməz. İdarə Heyətinin keçmiş sədri Adil Vəliyevin kürəkən-qayınata idarəçiliyi dövründə xalası oğlu Erkin İbrahimovla dostu Fərman Əlizadə əməlli-başlı hoqqa verib. İndi bunların bir-bir üstü açılır. Klub tarixinin ən imkanlı büdcəsi ilə ən bərbad mövsümünü keçirən Gəncə təmsilçisində İbrahimovun ardıcıl oyunçu…
-
Azərbaycan futboluna “Gəncəbasar” gəlir – EKSKLÜZİV
AZFUTBOL olaraq Azərbaycan, Gəncə futboluna yeni adın gəlişinin xəbərini vermişdik. Gəncəli iş adamının sponsorluq edəcəyi klub “Gəncəbasar” adlanacaq. Komanda I Liqada mübarizə aparacaq. Klub təkcə Nizami yurdunu yox, adından da göründüyü kimi Gəncəbasar bölgəsini, xüsusən də Goranboy, Samux, Daşkəsən və Göygölü təmsil edəcək, regionun fəxri olacaq. “Gəncəbasar” ilə bağlı yaxın günlərdə futbol ictimaiyyətinə ətraflı məlumat…

