Azərbaycan futbolu: xəbərlər və təhlillər
AZFUTBOL-un Azərbaycan futbolu haqqında son xəbərləri, müəllif yazıları və təhlilləri. Premyer Liqa, milli komanda, klublar və futbol idarəçiliyi üzrə materialları bu arxivdən oxuya bilərsiniz.
Mövzular üzrə: Gəncə futbolu · AFFA və futbol idarəçiliyi.
-
“Neftçi” – “Dinamo” (Minsk) 2:4
Qonaqların iki qolunu Karen Vardanyan vurdu. Şərhçi hər iki halda adını çəkmədi. Yadıma əvvəl də yazdığım bir əhvalat düşdü. 8 aprel 1976, hokkey üzrə dünya çempionatının ilk turu. SSRİ və Polşa komandaları qarşılaşır. Oyun sovet hokkeyçiləri üçün uğursuz keçir. İki ay öncə qış olimpiadasında 16:1 hesabı ilə qalib gəldikləri polyaklara 4:6 hesabı ilə uduzurlar. Sovet…
-
Gəncəyə iddialı komanda gəlir – EKSKLÜZİV
Qarşıdan gələn mövsümdə Gəncə ölkəmizin futbol təsərrüfatında yeni iddialı komanda ilə təmsil olunacaq. Bir qrup iş adamının sponsorluq edəcəyi klub I Liqada iştirak edəcək. Hazırda bu yöndə müvafiq sənədləşmə işləri aparılır. Kollektivin məqsədi Premyer Liqaya yüksəlməkdir. Bu klub Gəncə futbolunda yeni nəfəs olacaq. AZFUTBOL yaxın günlərdə bu barədə daha geniş informasiya ilə azarkeşləri tanış edəcək.
-
Fərman Əlizadə müqaviləsiz məşqçiyə maaş verib
Rakif Əliyevdən səmimi etiraflar “Bəli, İdarə Heyətinin üzvü Fərman Əlizadə mənə “Kəpəz”də qalmağı təklif etdi. Ancaq bu söhbət Azər Bağırovun məşqçilər korpusundan ayrılmağımdan sonra baş verdi”. Bu sözləri ötən mövsüm Gəncə klubunun əsas komandasında çalışan analitik məşqçi Rakif Əliyev AZFUTBOLa açıqlamasında deyib. Gənc mütəxəssis ona müqavilə ilə təklif olunan və saytımızın da yazdığı məbləği təsdiq…
-
Londondan sevgilərlə
Məmmədovun köməkçiləri niyə açıqlanmır? “Kəpəz”də yeni rəhbərlik işə başlasa da, əvəzlənməyən köhnələr onların adına müsbət fikirlər formalaşmasın deyə fəaliyyətsizdirlər. Hər halda görünənlər bunu deməyə əsas verir. Belə ki, ötən həftə Azər Məmmədov klubun İdarə Heyətinin yeni sədri Anar Abdullayevlə görüşüb müqaviləsini rəsmiləşdirmişdisə, baş məşqçinin köməkçilərindən xəbər-ətər yoxdur. Halbuki komanda bir həftədir məşqlərə başlayıb. Mətbuat xidmətinin…
-
Mixaylo şəhərdədir!
“Kəpəz”i böyrü üstə qoyan “partizan” menecer Erkin İbrahimov yenə fəaliyyətdədir. Gəncə klubunun rəhbərliyində təmsil olunduğu bir illik müddətdə komandaya yalnız ziyan vuran İbrahimov Avropanın yolunu tutub. Qəlyan aludəçisi “qoca” qitənin şəhərlərini dolaşaraq futbolçu ovuna çıxıb, mövsümlərarası fasilə dövründə yenə hansısa kluba səviyyəsiz legioner satıb pul qazanacaq. Elə “Kəpəz”də olduğu kimi. Bilmək olmaz, klubun İdarə Heyətində…
-
Fərman Əlizadənin bədbəxt etdiyi məşqçi
Gənc olmasına baxmayaraq Azərbaycan futbolunda analitik məşqçi kimi bacarığına görə öndə gedən mütəxəssislərdən olan Rakif Əliyev işsiz qalıb. Son mövsümü “Kəpəz”də keçirən 43 yaşlı çalışdırıcının peşəsindən uzaq düşməsinin səbəbi olduqca maraqlıdır. Məlumata görə, Əliyev üçün vəziyyətin belə alınmasında günahkar klubun İdarə Heyətinin üzvü Fərman Əlizadə olub. Belə ki, Fərman bəy Azər Bağırovun məşqçilər korpusuna daxil…

