Qarşıdan gələn mövsümdə Gəncə ölkəmizin futbol təsərrüfatında yeni iddialı komanda ilə təmsil olunacaq. Bir qrup iş adamının sponsorluq edəcəyi klub I Liqada iştirak edəcək. Hazırda bu yöndə müvafiq sənədləşmə işləri aparılır. Kollektivin məqsədi Premyer Liqaya yüksəlməkdir. Bu klub Gəncə futbolunda yeni nəfəs olacaq.
AZFUTBOL yaxın günlərdə bu barədə daha geniş informasiya ilə azarkeşləri tanış edəcək.


Fikirlərini bizimlə bölüş!