Mixaylo şəhərdədir!

1 minute
Mixaylo şəhərdədir! — illüstrasiya

“Kəpəz”i böyrü üstə qoyan “partizan” menecer Erkin İbrahimov yenə fəaliyyətdədir. Gəncə klubunun rəhbərliyində təmsil olunduğu bir illik müddətdə komandaya yalnız ziyan vuran İbrahimov Avropanın yolunu tutub. Qəlyan aludəçisi “qoca” qitənin şəhərlərini dolaşaraq futbolçu ovuna çıxıb, mövsümlərarası fasilə dövründə yenə hansısa kluba səviyyəsiz legioner satıb pul qazanacaq.

Elə “Kəpəz”də olduğu kimi. Bilmək olmaz, klubun İdarə Heyətində hələ də təmsil olunan dostu Fərman Əlizadənin vasitəçiliyi ilə bəlkə kimisə bu dəfə də komandaya soxuşdurdu.

Nizami yurdunun təmsilçisi onun son 2 mövsümdə “qazandırdığı” futbolçulardan tam yaxa qurtara bilməyib. Düzdü, bu günlərdə İbrahimovun meneceri olduğu Luis Paçu ilə “sarı-göylər” vidalaşdılar. Amma bu gedişdən yenə Erkin bəy qazanclı çıxdı. Belə ki, yeni mövsüm üçün aylıq məvacibi 8500 ABŞ dollarına artırılan braziliyalı hücumçuya müqavilənin pozulmasına görə 30 000 manatdan çox təzminat ödənilib. Bu məbləğdən təbii ki, “Mixaylo”ya da pay çatıb.

Mixaylo şəhərdədir! — illüstrasiya

Yazılarımız maraqlı gəlir?
Abunə ol, e-mailinə həftənin

ən maraqlı yazılarını seçib göndərək.

← Back

Your message has been sent

Şərhlər

Fikirlərini bizimlə bölüş!