“Neftçi” – “Dinamo” (Minsk) 2:4

1 minute
“Neftçi” – “Dinamo” (Minsk) 2:4 — illüstrasiya

Qonaqların iki qolunu Karen Vardanyan vurdu. Şərhçi hər iki halda adını çəkmədi. Yadıma əvvəl də yazdığım bir əhvalat düşdü.

8 aprel 1976, hokkey üzrə dünya çempionatının ilk turu. SSRİ və Polşa komandaları qarşılaşır. Oyun sovet hokkeyçiləri üçün uğursuz keçir. İki ay öncə qış olimpiadasında 16:1 hesabı ilə qalib gəldikləri polyaklara 4:6 hesabı ilə uduzurlar.

Sovet yığmasının ən gözlənilməz məğlubiyyəti sayılan bu oyunda Polşanın qollarının üçünü Yobçik soyadlı oyunçu vurur (hokkey tarixində SSRİ-yə qarşı ilk het-trik). Oyunu şərh edən məşhur şərhçi Nikolay Ozerov rus dilində heç də ədəbli səslənməyən bu soyadı necə tələffüz edəcəyini bilmir.

Deyilənlərə görə, Yobçik özünün birinci (komandanın üçüncü) qolunu vuranda Ozerov burnunun altında nəsə anlaşılmaz bir şey deyir. İkinci qolu (komandanın beşinci qolunu) vuranda Ozerov Jopçik deyir, amma, tərslikdən, bu da rus dilində normal səslənmir. Nəhayət, Yobçik özünün və komandasının son qolunu vuranda, Ozerov “yenə də bu 8 nömrə” deməklə vəziyyətdən çıxır

“Neftçi” – “Dinamo” (Minsk) 2:4 — illüstrasiya

Yazılarımız maraqlı gəlir?
Abunə ol, e-mailinə həftənin

ən maraqlı yazılarını seçib göndərək.

← Back

Your message has been sent

Şərhlər

Fikirlərini bizimlə bölüş!