Premyer Liqaya yeni vəsiqə qazanan “Şəfa” kartof alan kimi legioner alır. Gündə 2 transfer açıqlayırlar.
Yadıma gəlir ki, ötən mövsüm Premyer Liqaya gələn “İmişli” və “Karvan-Yevlax”da eyni şeyi etmişdi. İmişlilərin bəxti gətirdi, çempionatın əvvəlindəki qarmarışılıqdan istifadə edib xallar yığdılar və sonra qədər onun “çörəyini yedilər”. İnsafən legionerlərin bir neçəsi şansdan keyfiyyətli çıxdı.
“Karvan-Yevlax”ın isə çatan başından vurdu. Legionerləri də yerlilərdən zəif olan yevlaxlılar gələndən-gedəndən 3-4 top buraxdılar.
İndi “Şəfa” onların yolunu gedir. Yığır ağına-qarasına baxmadan doldurur komandanı. Yəqin növbəti mövsüm onların “Karvan”ı gedəcək.
“Neftçi” isə yaxşı büdcəsi olub bu bataqlığın içində üzən klublardandır. Legioner siyasəti, transfer siyasəti adını saydığımız bu klublardan da bərbaddır. Hər mövsüm ən bərbad transferləri tapıb gətirirlər. Hardan artıq-urtuq var yaxşı pul verib yığırlar komandaya.
Nəticəsi ortadadır. Vernidub da başın götürüb qaçacaq “Neftçi” rəhbərliyindən. Cenk Sümer deyilən adam yaxşı futbol idarəçisi olsaydı, ölkəsində qalardı. Futbolu, klubu inkişaf etdirmək üçün kluba gətiriləcək ən sonuncu adam türklərdir. Onlarda futbolun “f”sı yoxdur. Ancaq qalmaqal içindədirlər və pafosdan başqa heç nə bilmirlər. Bunu illərlə görmüşük. Amma “Neftçi”yə necə olubsa, Cenk abi gəlib. Hələ təzəlikcə daha bir türk şirkəti “Neftçi”nin işlərini götürdü. Vəkillik işlərini. Onlar da “yeyecəklər”.
PS: “Şəfa” kimi klublar Azərbaycan futboluna zərrə lazım deyil. Ən bərbad ideyadır Bakıda hansısa oliqarxın əyləncəsi üçün klub yaratması…
Elsevər MƏMMƏD


Fikirlərini bizimlə bölüş!