Türkiyə azərbaycanlılarının komandası “Iğdırspor” yeni mövsüm formalarını təqdim edib. Birinci liqaya iddialı başlayacaq “yaşıl-bəyazlılar”ın yeni geyim dəstində maraqlı məqam diqqətimizi çəkib.
İğdırlı soydaşlarımız customs formasında qədim Göytürk əlifbasında yazılar, Ağrıdağı həkk etməklə yanaşı, bütün dünyada yaşayan azərbaycanlıların haqlı qürur mənbəyi Qarabağ zəfərini də vurğulayıblar. Belə ki, formanın arxasına Xarıbülbül həkk edilib.
Yeni geyim tərzinin “İğdırspor” üçün düşərli olacağına və komandanın Superliqaya yüksələcəyinə ümid edirik.

Fikirlərini bizimlə bölüş!