Qurban Qurbanovun “Şəfa”ya jesti – EKSKLÜZİV

1 minute
Qurban Qurbanovun “Şəfa”ya jesti – EKSKLÜZİV — illüstrasiya

I Liqadan elitaya yüksələn “Şəfa” mövsümün əvvəlini Sumqayıtda keçirib, “Baku Arena” (köhnə “Şəfa” stadionu) hazır olduqdan sonra paytaxta dönəcək. Klub rəhbərliyinin ev oyunlarını bu stadionda keçirmək istəyi asanlıqla reallaşmayıb.

Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilən idman qurğusuna görə klubun sahibi Emil İsgəndərovla prezident Kənan Sadıqlının döymədiyi qapı qalmayıb. Amma onlara hər dəfəsində “yox” deyilib. Bu stadiona “Araz-Naxçıvan” tərəfi də iddia etdiyindən məsələ lap qəlizləşib.

Son nəticədə “Şəfa”nın vitse-prezidenti Əfran İsmayılovla bu ikili Qurban Qurbanova minnətçi düşüblər. “Qarabağ”ın baş məşqçisi gənclər və idman naziri Fərid Qayıbova bu məsələdə kluba yardımçı olmasını xahiş edib. Qarşı tərəf də Qurbanovun sözünü yerə salmayıb.

Beləcə böyük turnirlərə hələ hazır olmayan, peşəkar idarəçilikdən əziyyət çəkən klub rəqib baş məşqçinin köməyindən yararlanaraq istəyinə çatıb.

Qurban Qurbanovun “Şəfa”ya jesti – EKSKLÜZİV — illüstrasiya

Yazılarımız maraqlı gəlir?
Abunə ol, e-mailinə həftənin

ən maraqlı yazılarını seçib göndərək.

← Back

Your message has been sent

Şərhlər

Fikirlərini bizimlə bölüş!