Faiq Cabbarov hardan haraya…

2 minutes
Faiq Cabbarov hardan haraya… — illüstrasiya

İçkiyə bada gedən ömür

Faiq Cabbarov Gəncə futbol məktəbinin ölkəmizə bəxş etdiyi ən istedadlı, ən güclü oyunçulardan biri kimi yadda qalıb. Ötən əsrin 90-cı illərindəki “Kəpəz”in “qızıl” dövrünün yadigarı olan Cabbarov komandanın əldə etdiyi uğurlarda böyük pay sahiblərindən olub. Gəncə klubu ilə yanaşı, “Neftçi” və “Şəmkir”lə titullar qazanıb. O vaxtlar üçün Azərbaycanın ən öndə gedən futbolçuları sırasında yer alıb. 1997-ci ilin ən yaxşı oyunçusu seçilib. Milli komandanın formasını geyinib.

Karyerasını bitirdikdən sonra məşqçiliyə başlayıb. “Qəbələ”nin ilk çalışdırıcısı kimi tarixə düşüb. “ABN-Bərdə” və “Şəmkir”də işləyib. Adı ilk çəkilən iki klubla Premyer Liqada çalışıb. O illərdə Peşəkar Futbol Liqasının prezidenti çalışan Ramin Musayevin sevimli məşqçilərindən olub. Davamlı ondan dəstək alaraq işsiz qalmayıb.

Olimpiya medalçısı Mövlud Mirəliyevin prezidenti, Musayevin birbaşa kurasiyasında olan “Şəmkir”də çalışdığı dövrdə PFL-in şefinə maddi planda xəyanət edib. Klubun büdcəsini dağıdıb. Bunu ona bağışlamayıblar və son nəticədə işsiz qalıb. Qərb təmsilçisindən ayrıldıqdan sonra şəxsi həyatında problemlər yaşayıb. İş dalınca Rusiyaya yollanıb, orada ayrı-ayrı sahələrdə çalışıb, o cümlədən fəhlə işləyib.

Şəmkir təmsilçisində çalışdığı vaxtlarda gənc futbolçuların valideynlərinə qarşı dələduzluq edib. Onları əsgərlik dövrünü MOİK-də keçirəcəyi adı ilə pul alıb aldatdığı üçün şikayət əsasında Moskvada həbs olunub. Azərbaycana ekstradisiya edilib. Bir müddət sonra tərəflər arasında barışıq əldə olunub və Cabbarovun məhbus həyata başa çatıb.

Azadlığa qovuşsa da, sabiq müdafiəçinin problemləri bitməyib. Spirtli içki alüdəçisi olduğu üçün futbola qayıtmaq istəyi həyata keçməyib. Qısa müddətdə AFFA-nın aşağı yaş qrupları üzrə çempionatlarına nümayəndə gedib. Sonradan bu işi də yarıtmayıb. Davamlı sərxoşluq etdiyinə görə sevimli klubunda da ona iş verməkdən imtina ediblər. Bir müddət müxtəlif restoranlarda kababçı işləyib. Daha sonra tüfeyli həyat tərzi sürüb.

Vaxt ötdükcə vəziyyəti daha da pisləşib. Küçələrdə, parklarda gecələyən, ac-yalavac dolanan futbol veteranı güclü alkoqol asılılığından əziyyət çəkməyə başlayıb. Narkoloji dispanserə yerləşdirilib. Həkimlər ona qaraciyər sirrozu diaqnozu qoyublar.

Təəssüflər olsun ki, onun bu çətin, ağrılı-acılı günündə bir-iki komanda yoldaşından başqa axtaranı, kömək edəni yoxdu. Uğurları üçün canını qoyduğu “Kəpəz” klubundan da dəstək görmür!

Faiq Cabbarov hardan haraya… — illüstrasiya

Yazılarımız maraqlı gəlir?
Abunə ol, e-mailinə həftənin

ən maraqlı yazılarını seçib göndərək.

← Back

Your message has been sent

Şərhlər

Fikirlərini bizimlə bölüş!