“Kəpəz”in İdarə Heyətinin yeni sədri Anar Abdullayevin təlimatı əsasında Fərman Əlizadənin kadrlarının klubdan yavaş-yavaş yola salınmasına start verilib. İlk olaraq Əlizadənin əsas adamı, klubun icraçı direktoru Ruslan Məmmədov işdən çıxarılıb. Məmmədov avqustun ilk günlərində vəzifəsindən azad edilsə də, klub tərəfindən ictimaiyyətə bu barədə məlumat verilməyib.
Fərman bəy onu qorumağa çalışsa da, Abdullayevə gücü çatmayıb. Son nəticədə icraçı direktor istəməsə belə “kreslo”sunu və otağını onu əvəzləyən Umud Tarverdiyevə təhvil verərək klubu tərk etmək məcburiyyətində qalıb.
Ümumiyyətlə, yeni rəhbərliyin gəlişindən sonra Fərman Əlizadənin “Kəpəz”də əli-qolu bağlanıb. Ötən mövsüm İdarə Heyətinin üzvü kimi klubda əsas söz sahibi olan Əlizadənin artıq bu səlahiyyəti yoxdu.
Mövzu üzrə digər yazılar: Gəncə futbolu dosyesi.


Fikirlərini bizimlə bölüş!