“Kəpəz”dəki məlum rəhbər dəyişikliyi klubun İdarə Heyətinin dırnaqarası fəal üzvü Fərman Əlizadənin əl-qolunu bağlayıb. Məlum olub ki, əsas komandaya əcnəbi baş məşqçi gətirməklə yeni transferlərdə menecerlik etmək istəyən Əlizadənin qarşısını yeni rəhbərlik alıb. Bununla da dostu, İdarə Heyətinin digər üzvü, menecerlikdən çox dəllal kimi tanınan Erkin İbrahimovun yolunu davam etdirməyi hədəfləyən Fərman bəyin arzusu ürəyində qalıb.
Yeni rəhbərlik baş məşqçi seçimində Azər Məmmədova üstünlük verdiyini bildirərək ona transfer məsələlərində sərbəstlik yaradıb. Bu isə təbii ki, klub rəsmisinin xoşuna gəlməyib. İndi Əlizadə hər məqamda çalışdırıcıya təzyiq edərək heyətin “təmizlənməsinə”, eləcə də yeni oyunçu axtarışlarına mane olur. Ondan Məmmədov gələnə kimi müqavilə bağladığı futbolçulardan yaxa qurtarmaq tələb olunsa da, Fərman bəy bunu qulaqardına vurub üzərinə düşəni etmək istəmir.


Fikirlərini bizimlə bölüş!