Azərbaycan futbolu

Xəbərlər və təhlillər

“Kəpəz”də daxili çaxnaşma

Bir təyinatın pərdəarxası

“Kəpəz”i sponsor vədi ilə ələ keçirən Adil Vəliyevin klubunda daşlar yerində deyil. Əslində gözlənilməz hal kimi qəbul olunmamalıdı. Vəliyev özü guya yerindədirmi?! Ölkəmizə xəyanətinə görə DTX tərəfindən həbs olunan Adnan Əhmədzadənin biznes şərikinin başı dərddədir. Buna görə də sahibləndiyi klubun problemləri, qayğıları onu maraqlandırmır. Yarıtmaz menecer Erkin İbrahimovla dayıoğlu – bibioğlu olan Adil bəy “Kəpəz”i özünü idarəetmə pultuna qoşub. Daha dəqiq desək, Fərman Əlizadənin otbiçən aparatına. Əlizadənin özü də olmalı olduğu yerdə deyil. Biznes işləri Bakıda, klub Gəncədə.

Yiyəsizlikdən istifadə edən klubun bəzi rəsmiləri isə artıq özlərini böyük nəsnə hesab etməyə başlayıblar. Aldığımız informasiyaya görə bir neçə aydır ki, Əlizadənin təyin etdiyi kadrlar elə özündən narazılıq edirlər. Bu işlərin başında “Aqrosport” şefinin kurs yoldaşı Ruslan Məmmədov durur. Futbolda təsadüfi adamlardan olan Məmmədov Fərman bəylə şəxsi əlaqələri hesabına kluba İnfrastruktur rəhbəri gəlib. İdarəetmə sahəsində təcrübəsizliyi ilk vaxtlar daha böyük problemlərə yol açıb. Əlizadə onun zibillərini ört-basdır edib. Müəyyən təcrübəyə yiyələndikdən sonra isə Ruslan bəy vəzifəsindən narazılıq etməyə başlayıb ki, tutduğu kreslonun adı zəif səslənir. Bunu dostuna da eşitdirib.

“Kəpəz”də hay-küyün qarşısını lap yuxarılarda əyləşən yaxın qohumunun adını verməklə, hədə-qorxu ilə almağa çalışdığını bildirib və bunun mükafatını istəyib. Maaşının artırılmasını tələb edib. Məşqçilərin, futbolçuların aldığı böyük “premya”lardan ona pay düşməməsindən gileylənib. Vəziyyətin əndazədən çıxacağını təxmin edən Fərman bəy onun iş otağına danışıq səslərini də qeydə alan kamera yerləşdirib. Və yönləndirmə edərək telefonu vasitəsilə bir növ kadrını güdüb. Görünür, Məmmədovun əlində kompromat olduğundan son nəticədə geri çəkilib. Və bu, təyinat gerçəkləşib.

Açığı, Ruslan Məmmədovun “böyümək” istəməsində müəyyən mənada haqqı da var. Axı adam gördüyü “işin” qarşılığını, “xidmətlər”inin mükafatını istəyir. İndi baxın və müqayisə aparın. Görün İnfrastruktur rəhbəri vəzifəsi nə qədər aşağı səviyyəli iş olub ki, Ruslan bəyin boşaltdığı kürsünü akademiyanın sıravi işçisi olan inzibatçı Fərid Heydərov tutub. Vəzifənin adı isə İnfrastruktur menecerinə dəyişdirilib.

Rakif ALIZADƏ

Fikirlərini bizimlə bölüş!