Azər Bağırov “Şamaxı”da — EKSKLÜZİV

1 minute
Azər Bağırov “Şamaxı”da — EKSKLÜZİV — illüstrasiya

“Kəpəz”in baş məşqçisi Azər Bağırov mövsümün sonunda klubla başa çatacaq müqaviləsini yeniləməyəcək. Klub rəsmiləri, İdarə Heyətinin üzvləri Erkin İbrahimov və Fərman Əlizadə ilə yola getməyən gənc mütəxəssis karyerasını “Şamaxı”da davam etdirməyə üstünlük verib.

Ayxan Abbasovun milliyə yollanmasından sonra axtarışlara başlayan Şamaxı klubunun rəhbərliyi Azər Bağırovun namizədliyi üzərində dayanıb. Menecerlər vasitəsilə Bağırova marağını çatdıran “şirlər” ondan müsbət cavab alıblar. Tərəflər hələ rəsmi müqaviləyə imza atmasa da, bütün şərtləri razılaşdırıblar.

Azər Bağırov “Şamaxı”da aylıq 12 000 manat qazanacaq. Onun “Kəpəz”dəki maaşı 9 000 manat idi. Gündəlik – ev, qida və benzin xərcləri ilə birlikdə 10 000 manat məvacib alırdı. Müqaviləyə əsasən, məşqçiyə “premya” da 100 faiz yazılırdı. Onun təkcə mart ayında mükafat gəliri 6 500 manat təşkil edib.

Azər Bağırovun yeni iş yerində birgə çalışacağı köməkçilərdən ikisi artıq məlumdur. Bunlar qardaşı Araz Bağırov və Rakif Əliyevdir. Onların hər ikisi hazırda baş məşqçi ilə çiyin-çiyinə “Kəpəz”də işləyir.


Yazılarımız maraqlı gəlir?
Abunə ol, e-mailinə həftənin

ən maraqlı yazılarını seçib göndərək.

← Back

Your message has been sent

Şərhlər

Fikirlərini bizimlə bölüş!