"Azərbaycan idman ölkəsidi" deyənlər arasında mən də varam. Razılaşmayanlar ola bilər, bu təbiidi. Düşüncə fərqliliyi pəncərəsindən baxsaq, hərənin özəl fikrinin olduğunu söyləyə bilərik. Onu deyim ki, son 10 ildə ölkə idmanında müsbət dəyişiklər nəzərə çarpır. Olimpiya Oyunlarında, dünya və Avropa çempionatlarında, "Qran-Pri"lərndə əldə olunan nəticələr göz qabağındadı. Hər ilin yekunları açıqlananda Azərbaycan idmançılarının nəticə baxımından irəliləyişə nail olduğunu görürük. Bunun nəticəsidi ki, ölkəmizə nüfuzlu beynəlxalq təşki-latlar tərəfindən maraq artıb, onların etimadını qazanmağa başlamışıq. Bakı dünyanın id-man mərkəzlərindən birinə çevrilib. İldən-ilə paytaxtımızda keçirilən böyük yarışların sayı çoxalıb. Bu mənada keçiriləcək iki mötəbər turnirin adını çəkmək bəs edər. Gələn il dü-zənlənəcək ilk Avropa Oyunları və 6 il sonra təşkil olunacaq AÇ-2020-nin final mərhələsinin matçları sözsüz ki, bu vaxta kimi Azərbaycanda reallaşan yarışların başında gəlir. Hər bir azərbaycanlı kimi, mən də ölkəmizin nüfuzunu dünyada artıracaq, planetin diqqətini çəkəcək bu mühüm yarışların evsahibliyinin Azərbaycana verilməsini ayaqüstə alqışlamışam. Axı idman tanınmaq və tanıtmaq baxımından önümüzdə ən yaxşı imkanlar açır. Necə deyərlər, id-man kimi Azərbaycanın müstəqilliyinin rəmzlərini nümayiş etdirən ikinci bir vasitə yoxdu. Odu ki, milli mənafe baxımından da qitənin ən böyük yarışlarının respublikamıza etibar olunması təqdirəlayiq haldı.
Məni narahat edən başqa məsələdi. Bu qədər inkişafa gölgə salan, çoxluğu narahat edən məqam-lar da var. İdmanın yüksələn templə inkişafı yalnız Bakıda hiss olunur. Azərbaycan təkcə Ab-şeron yarımadasından ibarət deyil axı… Bölgələrdə, başqa şəhərlərdə hansısa qitəmiqyas-lı turnirin keçirilməsinə, müasir standartlara cavab verən idman qurğularının tikintisinə çox az rast gəlinir. Mənimlə razılaşmayanlar 4-5 ölkənin iştirakı ilə qeyri-olimpiya növ-ləri üzrə beynəxalq turnirləri və bir-birinin ardınca inşa olunan Olimpiya İdman Kompeks-lərini nəzərdə tutursa, bu, sualımın cavabı deyil. Düzdü, razıyam ki, bizdə olduğu kimi, bəzi ölkələrdə də idman siyasətində bütün diqqət, əsas üstünlük paytaxt şəhərlərə ayrılır. Amma bu o demək deyil ki, başqa şəhərlər diqqətdən kənarda qalmalıdı. Təəssüflə deməliyəm ki, bu gün ölkənin ikinci böyük şəhəri olan, Azərbaycanın mənəvi paytaxtı sayılan Gəncədə idman qur-ğuları sarıdan böyük problemlər var. Təsəvvür edin, Azərbaycan futbol üzrə Avropa çempiona-tını təşkilinə hazırlaşdığı bir vaxtda Gəncədə yığmamızın yox, artıq sıradan bir kluba çevirilən "Kəpəz"in oynaması üçün normal şəraiti, imkanları olan arena yoxdu! Dəhşət budu! Halbuki bəyənmədiyimiz SSRİ dövründə Gəncə şəhər stadionu respublikanın ikinci böyük idman qurğusu sayılıb.
1963-cü ildə tikilən, bir il sonra istifadəyə verilən arena baxımsız-lıq üzündən uzun illər təmirsiz qalıb. Təmir-bərpa işlərinin aparılmaması stadionun çökmə-si ilə nəticələnib ki, nəticədə qəza vəziyyəti yaranıb. Xoşagəlməz hadisənin qarşısını almaq üçün azarkeşlər belə tribunalara buraxılmır. Futbolun ənənəsi, kökü olan bir yerdə indiyə kimi müasir tələblərə cavab verən stadionun tikilməməsi təəssüf doğurur. Daş abidələri xa-tırladan arena çoxdan sökülməli, yerində yenisi tikilməli və ya ərazidə köklü yenidənqurma işləri aparılmalıydı. Əslində hələ bir neçə il öncə Gəncənin əvvəlki icra başçısı Eldar Əzizov və gənclər və idman naziri Azad Rəhimov tərəfindən tezliklə şəhərdə müasir stadionun tikiləcəyi barədə xəbərlər verilmişdi. Amma bu məlumat təsdiqini tapmadı. Belə getsə, tezliklə tarixin yaddaşına köçəcək arena təkcə şəhər stadionu olmayacaq. 1948-ci ildə tikilən "Spartak" və 1975-ldə açılışı olan "Metallurq" stadionlarında da vəziyyət eynidi.
Yuxarıda söylədiyim kimi, Gəncədə yalnız stadion yox, ümumiyyətlə, digər idman obyektləri ilə bağlı böyük problemlər mövcuddu. 2000-ci illərin əvvəlində inşa olunan Olimpiya Kompleksi yararsız vəziyyətdədi. Mərhum prezident Heydər Əliyevin 1980-ci ildə açılışına qa-tıldığı "Təhsil" Respublika İdman Kompleksinin Gəncə filialı haqda da eyni sözləri demək olar. Toğrul Əsgərov kimi olimpiya çempionu yetişdirən mərkəz gündən-günə uçub-dağılır. Bü-tün bu qeyd etdiklərimin fonunda gələcəyə nikbin baxmağa əsas var. Bu ilin əvvəlində ölkə pre-zidenti İlham Əliyevin də təməlqoyma mərasiminə qatıldığı Gəncə Olimpiya Parkı böyüklü-yünə və xidmət səviyyəsinin müxtəlifliyinə görə MDB-də yeganə nəhəng idman qurğusu olacaq. Parkın ərazisində müasir görünüşlü stadionun tikilməsi də nəzərdə tutulub. Amma tikinti iş-lərinin yalnız 2017-də başa çatdırılacağı Gəncə idmanının hələ bir neçə il idman qurğula-rı sarıdan əziyyət çəkəcəyini söyləməyə əsas verir.




Fikirlərini bizimlə bölüş!