Bu gün Azərbaycan Xocalı soyqırımının qurbanlarını yad edir. Kiçik bir sorğu apararaq, klublarda oynayan xarici futbolçulara bu barədə nə kimi məlumatların verildiyini öyrənməyə çalışdıq.
Əlaqə saxladığımız legionerlərin bu barədə cavablarını təqdim edirik:
Adrian Pit (“Xəzər Lənkəran”): “Bu barədə məlumatım var. Klubdan da bizə bu barədə danışdılar. Çox dəhşətli hadisədi. Azərbaycanlılar orada vəhşiliklə öldürülüblər. 613 insan öldürülüb. Bu, böyük faciədi”.
Dodo (“Qəbələ”): “Bu barədə çox şey bilməsəm də, məlumatım var. Xocalıda insanlar öldürülüb. Bu, çox pis hadisədi. Azərbaycan üçün böyük faicədi. Mən də bütün Azərbaycan xalqının bu dərdinə şərikəm. Bunlar insanlığa qarşı vəhşilikdi”.
Yure Travner (“Bakı”): “Klubda bu barədə tədbir olmayıb. Amma bu haqda məlumatım var. Xocalıda insanlar öldürülüb. Bu, vəhşilikdi. Mən hətta ermənilərin 1918-ci ildə 31 martda 18 min azərbaycanlını öldürdüyünü də bilirəm. Bütün bunlar haqqında oxumuşam. Bunlar insanlıq adına yaraşmayan hadisələrdi”.
Anderson Oliveyra (“Simurq”): “Klubdan bizə məlumat verdilər. Biz bu gün Zaqatalanın mərkəzində anım abidəsinin önündə gül qoyduq. Bu, çox pis hadisədi. Xocalıdakı ailələrin başına vəhşicəsinə oyunlar gətirilib, insanlar – uşaqlar, qadınlar öldürlüb. Bu, vəhşilikdi”.
Reynaldo (“Qarabağ”): “Əlbəttə ki, Xocalı haqqında məlumatım var. Bu insanlıq adına ləkə olan hadisədi”.
Nedo Turkoviç (AZAL): “Hazırda elə bu hadisə ilə bağlı məlumatları oxuyuram. Bütün olanlar vəhşilikdi. Bu qədər insan öldürmək nə deməkdi? Bunları unutmaq lazım deyil. Mən də unutmayacağam. Azərbaycan xalqının dərdinə şərikəm”.
Baçana Sxadadze (“İnter”): “Bu barədə məlumatım var. 1992-ci ilin 26 fevralında böyük faciə olub – Xocalı faciəsi. 700-ə yaxın insan öldürülüb. Xeyli sayda uşaq qətlə yetirilib. Çoxlu sayda qadın öldürülüb. 1000 dən çox insan əsir götrülüb. Bunlar hamısı ermənilər tərəfindən edilib. Bir sözlə, hər şey bəllidi. Çox danışmaq istəmirəm. Bu, böyük genosiddi. Bizim klub da bunu unutayıb. Bu gün məşqdə bir dəqiqləlik sükutla Xocalıda həlak olanları yad etdik. Oyunlarda komandamız qara sarğı ilə meydana çıxır. Mən Xocalı faciəsini heç vaxt geniş şəkildə təbliğ etməmişəm. Amma bu unudulmaz faciədi”./futbolinfo.az




Fikirlərini bizimlə bölüş!