Azərbaycan futbolu

Xəbərlər və təhlillər

Bakı klubu Antalyada da oyun alveri edib

UEFA qış fasiləsi dövründə Türkiyənin Antalya şəhərində keçirilən yoxlama oyunlarından ikisinin nəticəsi şübhə altına alınıb

Bu iki oyundan birinin iştirakçısı məhz Bakının “İnter” klubudur.

Belə ki, Türkiyə Futbol Federasiyasının (TFF) Peşəkar Futbol İntizam Komitəsi (PFDK) yerli hakimlərin idarə etdiyi 2 görüşdən şübhələnir ki, bunlardan da biri “İnter” – “Arminiya” (Almaniya) matçıdır.

İddia olunur ki, həmin oyunun 85-ci dəqiqəsində “İnter”in qol vuracağı öncədən planlaşdırılıb. 2:2 hesabı ilə başa çatan görüşün 85-ci dəqiqəsində qol vurulacağına pul qoyuluşu edilməsi diqqət çəkib. Maraqldır ki, məhz oyunun həmin dəqiqəsində türkiyəli referi almanların qapısına penalti təyin edib. “İnter”in vurduğu qol isə kimlərəsə yaxşı pul qazandırıb.

Digər matç isə Almaniya “Paderborn”u ilə Rusiya “Rubin”inin yoxlama oyunudur. Azərbaycan millisinin futbolçusu Ruslan Abışovun komandası 1:2 hesabı ilə uduzduğu matçın son 5 dəqiqəsində şübhəli penaltidən qol vurub. Burada da son dəqiqə qoluna pul qoyulubmuş. Araşdırma ilə bağlı məhkəməyə də məlumat verilib.

Fikirlərini bizimlə bölüş!