Azərbaycan futbolu

Xəbərlər və təhlillər

Belə yerdə deyiblər, qaş düzəltmək əvəzinə vurub göz çıxardılar.

“Araz Naxçıvan” rəhbərliyinin Axundov-Sultanov tandemindən ibarət “futbol dühaları” tələm-tələsik öz yerli məşqçimizi istefaya göndərdi. Bəhanə də bu oldu ki, bəs, guya nəticə uğursuzdur. Ötən yay məhdud büdcə ilə komandaya avrokubok vəsiqəsi qazandırmış Elmar Baxşıyevi işdən çıxarıb yerinə Ukraynadan Demçenko soyadında birini gətirdilər ki, hər oyun qələbələr, uğurlar olacaq.

Yoldaş Zülümov demişkən, gördüyünüz işə bir quş. Demçenko ilk iki oyununda 6 xal qazanmalı idi, amma artıq 5 xal itirilib.

Axundov-Sultanov tandeminin Demçenko proyektini ən azı bu gün “Neftçi” əzik-əzik edərək bir kənara tulladı. Necə gəldi qol vurdu, hətta ekperimenti də əla alındı: 2-ci qolun ev tapşırığını nəzərdə tuturam.

Hesab isə çox şeydən xəbər verir: 4:0.

Demçenkodan fərqli olaraq, onun həmyerlisi olan Yuri Verbidubun müsbət işi isə görünməkdədir. İnanıram ki, 2021-ci ildə Madriddə “Real”ı məğlub etmiş bu təcrübəli futbol adamı sayəsində “Neftçi” uzun illərdən sonra nəhayət, özünə gəlməyi bacaracaq.

Bəli, bu olacaq.

Amma “Araz Naxçıvan” kimi klubun sabahı necə olacaq, bax, bu müəmmalıdır.

Fikirlərini bizimlə bölüş!