Rəhman Daşdəmirovun Şahruddinin başından öpüb heç də təhlükəli olmayan zərbə zamanı topu tutduğuna görə təbrik etməsi yüz faiz “premya” eşqidir.
Nədir də bu? Sən dülgəri, avtobus şoferin 2:1 zorla udduğuna görə bunu edirsən? Sevinirsən? Nəyinə?
San Marini oyunun ikinci hissəsini bizimlə bir nömrə oynadı. Bunu düşünəndə utanmaq əvəzinə bu cür hərəkət eləməyi özünə necə sığışdırırsan?
Vallah yəni bu oyundan sonra görünən odur ki, məsələ məşqşi və ya AFFA məsələsi deyil. Bu futbolçuların bacardığı budur. San Marino qələbə qazana bilərdi. Hücum xəttində azca dəqiq olsaydılar, udacaqdılar bizi. Tarixə düşəcəkdik. San Marinonun indiyə qədər qalib gəldiyi ikinci yığma kimi. San Marino tarixində yalnız Lixtenşeyni məğlub edə bilib.
Ayxan Abbasov oyundan sonra deyib ki, qol epizodlarını yenə istifadə edə bilmədik? Malta ilə matçı başa düşdüm, bu oyunda hansı qol epizodolarından söhbət gedir?
Yəni uzaqdan zərbələri çıxsaq, ekstra qol epizodumuz olmadı…
Azərbaycan millisinin üzvlərinə bu oyuna görə “premya” veriləcəksə, kül futbolumuzun başına…
Bu şablon ifadə olsa da, məğlubiyyətə bərabər qələbədir. Utanmalı, yerə girməli qələbədir.
Həmişə deyirəm ki, bir əvvəlki dönəm Azərbaycan millisinin futbolçularında bir ağırlıq var idi. İndiki milliyə baxanda heç nə görünmür. U-19 millisinə oxşayırlar.
Rəşad Sadıqov, Rahid Əmirquliyev, Ruslan Abışov, Rauf Əliyev, Kamran Ağayev – can qoyurdular. San Marino kimi yığmalara 5 dənə vururdular, saysız qol epizodu yaradırdılar. Ara-sıra Belçika, Türkiyə və s. komandaları udurdular.
Getdikcə milli fiziki olaraq cılızlaşır…


Fikirlərini bizimlə bölüş!