Bu «Sabah» necə də simpatikdi! Topu irəliyə necə gəldi vurmaq yoxdur, əla kombinasiyalar, rəngarəng və yaxşı mənada arsız futbol oynayırlar. İnamsız başlanğıcdan sonra Dortmundla matçın birinci hissəsinin ikinci yarısını sadəcə göz qamaşdırıcı keçirdilər.
Çox gözəl hücumla hesabı bərabərləşdirdilər, həm ötürmə, həm də zərbə birinci sinif idi — təəssüf ki, qol kiçik fərqlə ofsayda görə ləğv olundu. Ancaq olsun — daha bir neçə iti hücum və standart zərbədən artıq ləğv olunmayacaq qol. Ardınca isə daha bir neçə epizod və birinci hissənin son dəqiqələrində «Borussiya» artıq birtəhər müdafiə olunurdu. Fasilədəki 1:1 hesabı üçün almanlar heç də Bakı təmsilçisindən az sevinməli deyildilər.
Deməli, «Sabah»ın «Slaviya» üzərindəki 2:0 hesablı qələbəsi təsadüf deyilmiş. Litvalı Valdas Dambrauskas xoş təsir bağışlayan bir komanda qurub. O, məşqçilik karyerasına Litvanın «Kim milyoner olmaq istəyir?» şousunun qalibi olmaqla başlayıb, qazandığı pulu isə İngiltərəyə köçməyə və məşqçilik kursu keçməyə xərcləyib.
Bizim Aleksandr Mostovoy belə yolu bəyənməzdi, axı onun dəyərlər sistemində «Sabah»ın baş məşqçisi futbol adamı deyil. Ancaq «Çar» öz taxt-tacındadır, Dambrauskas isə Çempionlar Liqasında səs-küy salır.
Bilmirəm, onun uğurlarında «Sabah»da əvvəllər işləmiş Murad Musayev və Vasili Berezutskinin hansısa “baqajı” varmı, amma Azərbaycan klubları artıq Çempionlar Liqasında sistematik olaraq özlərindən söz etdirirlər — gah Qurban Qurbanovun «Qarabağ»ı, gah Dambrauskasın «Sabah»ı. Deməli, orada heç də pis liqa yoxdur.
İqor RABİNER (Rusiyanin “Sport-Ekspress” qəzetinin məşhur idman yazarı)





Fikirlərini bizimlə bölüş!