Azərbaycan futbolu

Xəbərlər və təhlillər

Dəyişməyən adamın növbəti xəyanəti

“Gödəkçəmi çıxarıb suya tullanmaq istəyirdim ki, yoldaşlar məni tutub saxladılar. Bu an möcüzə baş verdi, Kudryakovun sudan çıxan əlini gördüm. Tez əlindən yapışdım və onu dartıb sudan çıxardıq. Əslində mənim üçün də suya düşmək ölümə getmək idi. Amma dəniz məğrurluq istəyir, cəsarət tələb edir”.

“O, xəstəxanada yatan köhnə tanışına – “Günəşli” dəniz neft platformasında baş vermiş güclü yanğında xəsarət almış neftçiyə baş çəkib. Özü də bunu gizli şəkildə edib ki, heç kim bilməsin”.

Amma nədənsə hamı bilib. Və bütün mətbuat da bu xəbəri tirajlayıb. Onu indi belə təqdim edirlər cəmiyyətə. Xalqını, vətənini sevən, təvazökar, savadlı, işgüzar biri kimi. Ancaq o dəyişməyib, həmin adamdı. Rəhmətlik Ramiz Mirzəyev AFFA prezidenti olanda o da “Neftçi”nin prezidenti idi. Mirzəyevin yerinə göz dikmişdi. Onda “Neftçi”nin futbolçularını Azərbaycan yığmasına buraxmırdı. Yığmaya gedənlərə də “böyük hesabla məğlub olun ki, Mirzəyevi yıxmaq asan olsun” məsləhətini verirdi. Yığmanın ovaxtkı baş məşqçisi Şahin Diniyeə “vəzifəni tərk et” göstərişi vermişdi. Diniyev onun tapşırığına məhəl qoymamış, vətənə xəyanət etməmişdi. O, Mirzəyevin yerini tutandan sonra Diniyev də işsiz qaldı. Şahin Diniyevə bir də bu şəxs AFFA-da Elşad Nəsirov-Elxan Məmmədov duetinə məğlub olandan, Azərbaycan futboluna nəzarəti tam itirəndən sonra iş verildi. İndi hamı Diniyevin kasad büdcəylə Gəncədə gördüyü işdən danışır.

Bu, həmin şəxsdi, zərrəcə dəyişməyib. Yenə də Azərbaycanın maraqlarını satır. Öz intriqalarının, hansısa qohumunun mənafeyi naminə satır. Qohumu – Sadıq Sadıqov “Neftçi”də işləyəndə bu komandaya pul sel kimi axırdı. Qohumu da “yuyurdu” o pulu. İndi “Neftçi” qoca Emil Mpenzaya bir milyon dolları – elə onun qohumundan qalan borcu ödəyə bilmir. FİFA-nın “Neftçi”yə verdiyi vaxt bitən gün isə o, Macarıstanda əməkdaşlıq müqaviləsi imzalayır. Beynəlxalq Cüdo Federasiyasına sponsorluq edəcəkmiş Azərbaycan. İldə 20, 4 ildə 80 milyon dollar. Bircə imza ilə Azərbaycanın 80 milyon dolları hansısa federasiyaya verildi. Nəymiş məqsəd? Cüdo Federasiyasının vitse-prezidenti onun adamıdı axı. “Neftçi”dəki adamı. Ordan qovulandan sonra bura gətirib. Cüdoçular yayda keçiriləcək olimpiya oyunlarında bir-iki medal qazanmalı, prezident də ona və qohumuna “əhsən” deməliymiş.

O, həmin adamdı, heç dəyişməyib. 8 il əvvəl də xəyanət edirdi, indi də.

Axı ölkədə maliyyə böhranıdı. Axı prezident məmurlara “hər şeyə qənaət edin” tapşırığı verib. Bəs prezidentin bu tapşırığı niyə onun vecinə deyil? Olmaya, o, prezidenti saya salmır? Olmaya, o elə özünü Azərbaycanın prezidenti sayır? Adam SOCAR-ın, AFFA-nın, Cüdo Federasiyasının prezidentidisə, özünü Azərbaycanın prezidenti niyə saymasın ki?

Fikirlərini bizimlə bölüş!