Azərbaycan futbolu

Xəbərlər və təhlillər

Elə bil əvəztmələri Qurban Qurbanov deyil, Vaqif Sadıqov edirdi

"Qarabağ" – "Viktoriya" oyununda gördüklərim

Start heyəti
Keçən həftə Mədətovun start heyətində çıxması yanlış, amma cəsarətli bir qərar idi. Bununla belə, bu dəfə gənc oyunun adı heç 18-liyə salınmamışdı. Ya Mahir zədələnmişdi, ya da bilmədiyimiz şeylər var. Hər halda, Mahir ikinci hissədə Əl-harbidən daha çox xeyir verərdi.

Oyun tərzi
Əvəzetmələrdən öncə "Qarabağ" öz stilində oynayırdı. Müdafiədən qısa ötürmələr hesabına çıxmaq, topu itirdikdən dərhal sonra intensiv pressinqi tətbiq etmək, sürətli cinah keçidləri hesabına müdafiəni yarmaq, və s. Komanda kifayət qədər qol epizodu yaratdı. O epizodlardan biri məntiqi sonluqla nəticələnsəydi, indi hamımız "Qarabağ"a və Qurbanova tərifnamələr yazardıq…

Əvəzetmələr
Bax, budu ən çox danışılan mövzü. Hər zaman deyirik ki, "Qarabağ"ın öz oyun stili var, və matçların gedişatından asılı olmayaraq, komanda ona sadiq qalır. Təəssüflər olsun ki, edilən dəyişiklərdən sonra "Qarabağ" öz oyununu tamamilə itirdi. Elə bil həmin axşam əvəztmələri Qurban Qurbanov deyil, Vaqif Sadıqov edirdi. Dəfələrlə sübüt olunub ki, meydanda müdafiəmeylli futbolçuların çoxalması heç də müdafiənin gücləndirməsi demək deyil. Bu əvəzetmələr Roman Pivarnik üçün bir siqnal idi. Çex mütəxəssis da gördüklərindən əla nəticə çıxardıb.

Əlharbinin həmin gün meydanda nə işi var idi? Klub rəhbərliyi 6 aydı mərakəşlini komandadan göndərmək istəyir. Bu cür oyunçunu belə bir vacib qarşılaşmada meydançaya buraxması böyük bir səhv idi. Olmazdı ki meydana Əl-harbi deyil, İlqar Qurbanov çıxardı? Almeyda da, Kintana da qalsaydılar çox güman ki indi pley-offa hazırlaşırdıq. Rahid Əmirquliyev, Çoşqun Diniyev də həmin gün komandaya kömək etməyə hazır idi.

Yekun nəticə
Ola bilsin, "Qarabağ" mərhələ şanslarını hələ Çexiyada itirdi. 75-ci dəqiqədən sonra komanda tempi artırıb, ərazi üstünlükdən yararlana bilərdi. Hətta buna görə Qurban Qurbanovu qinayanıar da az deyildi. Fikrimcə, hər iki matçda seçilən oyun planı tam düzgün idi (Mədətov məsələsini çıxmaq şərti ilə). Hər iki oyunda "Qarabağ" ancaq debütdə rəqibdən zəif görünürdü. Ümümiyyətlə, oyun planında "Qarabağ" rəqibindən daha sürətli, topla daha səliqəli rəftar edən bir komanda kimi görünürdü.

Boşa xərclənən qol imkanları və uğursuz əvəzətmələr "Viktoriya"nı pley-offa çıxartdı. Bununla belə, "Qarabağ"ın üstünə çox getməyinin da tərəfdarı deyiləm. Demək ki, alnımıza Avropa Liqası yazılıb. Nə olur olsun, "Qarabağ" müasir Azərbaycan futbolunun ən uğurlu komandasıdı. Komanda bizə dəfələrlə sevinc, qürür hissi bəxş edib. İnanıram ki, "Qarabağ" ardıcıl üçüncü dəfə Avroliqanın qrupuna düşməklə dünənki nəticəni unutdurar…

Erkin İBRAHİMOV

Fikirlərini bizimlə bölüş!