İkinci Liqanın “Marafon” – “Ağstafa Gəncələri” görüşündə (2:1) qonaqlar qolu vuranda meydanda 2 top olub.
Başa düşdük, ikinci liqa yarımhəvəskar liqadır. Amma bu analoqu olmayan hadisənin həvəskarlığa dəxli yoxdur axı.
Biz hələ 25 il əvvəl məhlədə oynayanda meydana ikinci top girirdisə oyunu dayandırırdıq. Nə hakim vardı, nə qayda. Uşaq ağlımızla bilirdik ki, meydanda eyni vaxtda 2 top ola bilməz.
Yan xətt hakiminin gözü önündə, baş hakimin aşkar görə biləcəyi epizodda bir komanda 2 topla qol vurur.
Belə videoları əvvəllər Afrikanın hansısa cəngəlliyində izləyirdik.
Maşallah, bir xeyli artırmışıq.
Vallah bunun adı nə kütləvilikdir, nə də inkişaf.
Yarımçıq papaqçılıqdan başqa bir şey deyil. Özümüzü aldatmayaq.
Xanoğlan İMANOV


Şərhlər