,

Futbol şöləni başlayır!

1 minute

Təsəllimiz Türkiyə və Özbəkistandı

Bu gün növbəti dünya çempionatı start götürür. FİFA-nın ən mötəbər yarışına Amerika, Kanada və Meksika birgə ev sahibliyi edir. Tarixdə ilk dəfə iştirakçı sayı bu qədər çoxdur – final mərhələsinə 48 ölkə vəsiqə qazanıb. Çempionluq qarşılaşması iyulun 19-da Nyu-Yorkda baş tutacaq.

Təəssüf ki, yarışın iştirakçı sayı artırılsa da, Azərbaycan millisini nə vaxtsa mundialda görmək indiki halda şirin yuxuya bənzəyir. Bəli, Özbəkistan dünya çempionatına qatılaraq bizləri bir az ümidləndirib. Amma Asiyadan vəsiqə qazanmaq, bizim yer aldığımız Avropadan çıxmaqdan qat-qat asandır. Bəlkə də millimizi bu turnirə yeganə çıxış yolu ev sahibi olmaqdan keçir.

Hələlik isə qardaş türk ölkələrinin çıxışı ilə təsəlli tapa bilərik. Özbəkistan debütant olduğundan əsas uğuru Türkiyə millisindən gözləyirik. “Ay-ulduzlular” 24 illik fasilədən sonra mundialda yer alsa da, yetərincə iddialı heyətə malikdir.

2002-ci ildə Tarkan bu mahnını Türkiyə millisi üçün ifa etmişdi və həmin vaxt komanda dünya üçüncüsü olmuşdu. İndi də Türkiyə dünya çempionatına yenə Tarkanın mahnısı ilə yollanır, çünki daha yaxşısını oxuyan olmayıb. Qardaş ölkə millisinə həmin uğuru təkrarlamağı arzu edirik!


Yazılarımız maraqlı gəlir?
Abunə ol, e-mailinə həftənin

ən maraqlı yazılarını seçib göndərək.

← Back

Your message has been sent

Şərhlər

Fikirlərini bizimlə bölüş!