Azərbaycan futbolu

Xəbərlər və təhlillər

Fərəcullayevin gördüyü işin içi silsiləsindən

Bunu 1 dəfə yazmışdım.

Əfqanıstanda "baça bazi" deyə ritual var. Kimsəsiz balaca oğlan uşaqlarına qız paltarı geyindirib, makiyaj çəkdirib, erotik rəqs etdirilir, sonluq isə cinsi istismarla və köləliklə bitir…

Sivilizasiyadan uzaq, iqtisadi, siyasi və sosial problemlər içində boğulan Əfqanıstanda uşaq və yeniyetmələr arasında ölkə çempionatları keçirilmir.

Bizdə şükür bərbad süni örtüklü meydançalarda olsa belə bütün yaş qruplarında çempionatlar keçirilir. Dövlət futbola hər il onmilyonlarla maliyyə ayırır. FIFA U-15 dünya çempionatı və festivalına görə bu il yeniyetmə futbolçular xüsusən diqqət mərkəzində olmalı idi. "Sabahın ulduzları" turniri də ilk növbədə məhz bu yarışa hazırlıq məqsədi ilə bərpa edildi.

Təəssüf ki, Azərbaycan futbolunu idarə edən əsas adam Cahangir Fərəcullayevin bu sahədən tamamilə anlayışının olmaması, təşkilatçı kimi də ümidləri doğrultmamasına görə gözlənilən nəticələr hələ də gəlmir. Və Fərəcullayev bu vəzifədə qaldığı müddətdə çətin gələ.

Bakıda keçirilən U-15 dünya çempionatında dünən Vyetnama uduzan milli komandamız bu gün də FİFA reytinqində 171-ci yerdə olan Əfqanıstanın yeniyetmələrinə uduzub…

Bu uşaqlar sabah əsas millimizin şərəfini qorumalıdır…

Cahangir Fərəcullayevin gördüyü işin içi budur. Mundial üçün tikilən Hövsan kompleksini nəzərə almasaq, gəldiyi dövrdən bu yana nə uşaq futbolu, nə infrastruktur baxımından heç bir irəliləyiş yoxdur.

Maraqlıdır, dövlətin hər il futbolun inkişafı üçün ayırdığı onmilyonlarla manat hara və necə xərclənir(b)?

…Doğma ölkədə keçirilən mundialda futbolçularımız 84-cü yer tutub və AFFA-nın baş katibini təsəlliverici kubokla belə sevindirə bilməyib.

FİFA Series yoldaşlıq turnirində Sent Lüsiya və Syerra Leone ilə oyunlar uzun müddət Fərəcullayevin yaddaşından silinməyəcək.

Çünki həmin turnirdəki minikubok böyük ehtimalla onun futbolda görüb-görəcəyi ilk və son qənimətdi.

Baş katibin yarıtmaz fəaliyyəti yaxın zamanda onun AFFA-dan göndəriləcəyi haqda söhbətləri daha da aktuallaşdırır.

Gözləyək.

Fikirlərini bizimlə bölüş!