Mahir Şükürov meydanda və ondan kənarda etdiyi hərəkərlərlə, verdiyi açıqlamalarla tərəfli-tərəfsiz bütün azarkeşlərin nifrət obyektinə çevrilməkdə qərarlıdı. Milli və “Neftçi” rəhbərliyinin çiçiləməkdən bezmədiyi futbolçu karyerasının sonuna getsə də, yenə ağlını başına yığmır. Cəzasız qaldığını gördükcə, özünü dəlioğlanlığa qoyur. Gün-gündən daha çox həddini aşır. Yaşıl meydanların tərbiyəsizlik nümunəsi olmaqda davam edir.
Fotodan da gördüyünz kimi harınlamış futbolçu “Xəzər Lənkəran”la bu günkü qarşılaşmada yerli publikaya orta barmağını belə göstərməkdən çəkinməyib. Bu epizod nədənsə hakimlərin gözündən qaçıb. Ona görə heç sarı vərəqədə almayıb…
Hamının hörmətiyini itirdiyi və ədalətinə inanmadığı Femida təmsilçilərini qoyaq bir kənara. Görək, AFFA-nın İntizam Komitəsi də başqa ölkələrdə belə jestə görə, oyunçunun az qala futboldan silindiyi halda yenəmi Şükürovun əxlaqsızlığına göz yumacaq?
Xatırladaq ki, bu Mahirin analoji ikinci jestidi. Qudurğan müdafiçi elə cari mövsümdə sabiq komandası “Qəbələ”nin azarkeşlərinə orta barmağını göstərmiş, amma buna görə ona qarşı heç bir tədbir görülməmişdi.




Fikirlərini bizimlə bölüş!